İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibiga 30 günlük atəşkəsdən danışdı

Musavat.com xəbər verir ki, Ukrayna xarici işlər naziri Andrey Sibiga ABŞ-ın 30 günlük müvəqqəti atəşkəs təklifi ilə bağlı açıqlama verib.

O bildirib ki, bu təşəbbüs münaqişənin dondurulması ilə bağlı deyil, ədalətli sülhə gedən yolun başlanğıcıdır.

“Bu müvəqqəti atəşkəs nə üçün vacibdir? Çünki bu, heç bir halda dondurulmuş münaqişə ilə bağlı deyil. Söhbət yalnız ədalətli şəkildə müharibəni bitirmək yoluna başlamaq cəhdindən gedir. Bu, həm də kimin sülhdə həqiqətən maraqlı olduğunu nümayiş etdirən bir addımdır”, – deyə Sibiga vurğulayıb.

Qeyd edək ki, Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqlarında tərəflər müvəqqəti atəşkəs və təhlükəsizlik yardımı məsələlərini müzakirə ediblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR