Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak ABŞ-la Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrinə dair açıqlama verib.
Musavat.com xəbər verir ki, O bildirib ki, Ukrayna üçün əsas prioritet ədalətli və davamlı sülhün təmin olunmasıdır.
“Ukraynanın maraqlarını qorumaq bizim üçün ən vacib şeydir. Ədalətli sülh bizim üçün əsasdır. Biz davamlı sülh istəyirik. Konstruktiv görüş üçün təşəkkür edirik”, – deyə Yermak qeyd edib.
Qeyd edək ki, Ciddədə keçirilən ABŞ-Ukrayna danışıqları başa çatıb.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ