İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fənərbağça" 19 yaşlı futbolçusuna 10 milyon MAAŞ verəcək - FOTO

"Fənərbağça"nın gənc futbolçusu "Manchester United Napoli" , "RB Leipzig" və "Atletico Madrid" kimi klubların skautları tərəfindən yaxından izlənilir.

Ulduzunu "Fənərbağça"da parladan Yusuf Akçiçək Joze Mourinyonun xüsusi diqqət mərkəzindədir.

Mövsümün əvvəlində Aston Villadan gələn təklif klub tərəfindən rədd edilib. İndi isə rəhbərlik futbolçunun gələcəyini təmin etmək üçün maaşını 1 milyon TL-dən 10 milyon TL-yə qaldırır və müqaviləsini 2030-cu ilə qədər uzadır.

"Fənərbağça" rəhbərliyi Yusufu bu mövsüm buraxmağı planlaşdırmır. Bunun əvəzinə, onu Çempionlar Liqasında parlatmaq və daha yüksək qiymətə satmaq istəyirlər.

Yeni müqavilənin rəsmi elanının yaxın günlərdə verilməsi gözlənilir./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR