İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Ukrayna danışıqları başa çatdı

Ciddə görüşü başa çatdı: ABŞ və Ukrayna birgə bəyanat verəcək

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar yekunlaşıb. 

Ağ Ev görüşün “məhsuldar” keçdiyini bəyan edib. Ağ Evin sözçüsü Caroline Leavitt jurnalistlərə açıqlamasında görüşdən gələn xəbərlərin müsbət olduğunu vurğulayıb.

Görüşün yekunlarına dair ABŞ və Ukrayna tərəfindən birgə bəyanatın təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, ABŞ Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik müşaviri Mayk Valts görüşlə bağlı yenilikləri ictimaiyyətlə bölüşəcəklər. 

Qeyd olunur ki, martın 12-də əlavə görüşlərin keçirilməsi planlaşdırılmır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR