İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev ABŞ-Ukrayna danışıqlarını müsbət qiymətləndirib

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət və məhsuldar olub.

"Report"un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ciddə şəhərində keçirilən danışıqlar başa çatıb. Hər iki tərəf müzakirələrin yekunları ilə bağlı birgə bəyanat təqdim edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR