İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov kritik vəziyyətdədir – narahatlıq yaradan paylaşım

Musavat.com xəbər verir ki, tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov sosial şəbəkədə izləyicilərini narahat edən paylaşım edib.

O, statusunda “Bu sizə son sözümdü. Üç gündü yataqdan qalxa bilmirəm” sözlərini yazıb.

Məlumata görə, bir neçə gündür xəstə olan jurnalistin vəziyyətinin ağırlaşdığı ehtimal edilir. Lakin onun səhhətinin kritik olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

C. Əsgərovun dostları və həmkarları onun sağlamlığı ilə bağlı narahat olduqlarını bildiriblər və ümid edirlər ki, müvafiq qurumlar və səhiyyə sistemi ona lazım olan qayğını göstərəcək.

Musavat.com jurnalistin tezliklə sağalmasını diləyir. Allah şəfa versin! 

 

c4c5af14-ad35-46ab-8f83-de3cfde1d82b (1).jpg (35 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR