İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da inflyasiya 3 ilin minimumuna düşdü

İyul ayında ABŞ-da istehlak qiymətləri (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

Məlumatdan aydın olur ki, iyunda artım tempi 3 faiz olub, bu isə iyulda inflyasiyanın azalması deməkdir. İyul ayı qiymət artımı 2021-ci ilin martından bəri ən aşağı göstəricidir.

Trading Economics-ə görə, analitiklər orta hesabla inflyasiyanın iyun səviyyələrində qalacağını gözləyirdilər.

Ötən ay ABŞ-da nəqliyyat xidmətlərinin qiyməti 8,8 faiz (iyun ayında 9,4 faiz bahalaşdıqdan sonra), geyim 0,2 faiz (0,8 faiz) artıb. Eyni zamanda, yeni avtomobillər 1 faiz (iyun ayında onların qiyməti 0,9 faiz ucuzlaşıb), işlənmiş avtomobillər 10,9 faiz (-10,1 faiz) ucuzlaşıb. Ərzaq xərclərinin artım tempi dəyişməyib - 2,2 faiz.

Benzinin qiyməti 2,2 faiz (2,5 faiz) ucuzlaşsa da, enerji qiymətləri 1,1 faiz (1 faiz) artıb. İyulda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz artıb ki, bu da proqnozlarla üst-üstə düşüb. İyun ayında 0,1 faiz deflyasiya qeydə alınmışdı.

Ərzaq və enerji xərcləri istisna olmaqla istehlak qiymətləri (Əsas CPI indeksi) keçən ay aylıq 0,2 faiz və illik 3,2 faiz artıb (2021-ci ilin aprelindən bəri ən zəif artım). Hər iki göstərici konsensus proqnozları ilə üst-üstə düşdü. İyun ayında artım müvafiq olaraq 0,1 faiz və 3,3 faiz təşkil edib.

Federal Ehtiyat Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasəti ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. ABŞ Mərkəzi Bankının inflyasiya hədəfi 2 faizdir. FED-in növbəti iclası 17-18 sentyabrda baş tutacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR