Onlayn ictimai-siyasi qəzet
ABŞ-da geniş istifadə edilən Bactrim adlı antibiotiklə bağlı ciddi xəbərdarlıq edilib. Bu dərman qulaq, döş qəfəsi, mədə və sidik yolları infeksiyalarının müalicəsində 80 ilə yaxındır istifadə olunur.
Lakin mütəxəssislər onun bəzi hallarda ölümlə nəticələnə biləcək ağır yan təsirlərə səbəb olduğunu bildiriblər.
Türkiyədə də tez-tez istifadə edilən bu antibiotik, xüsusilə uşaqlarda təhlükəli immun reaksiyalar yarada bilər.
Texasda yaşayan 12 yaşlı Emmi Belluççi bu dərmanın yan təsirlərinə görə tənəffüs çatışmazlığı ilə mübarizə aparır.
2021-ci ildə aparılan araşdırmalarda xəstələrin üçdə birinin öldüyü, 20 faizinin isə ağciyər transplantasiyasına ehtiyac duyduğu bildirilib. FDA (ABŞ Qida və Dərman Administrasiyası) dərmanın etiketinə "ağır ağciyər mənfi reaksiyaları" xəbərdarlığını əlavə edib.
Mütəxəssislər Bactrim-in uzunmüddətli zərərlərinin araşdırılmasını tələb edirlər.
Alabama antibiotiki rəflərdən çıxaran ilk ştat olub.
Tədqiqatçılar dərman təyin edilməzdən əvvəl risk faktorlarının daha diqqətlə araşdırılmasını tövsiyə edirlər.
Türkiyədə və digər ölkələrdə də dərmanın istifadəsinə nəzarətin artırılması tələb oluna bilər. Bu xəbərdarlıq antibiotiklərin təsadüfi istifadəsinin təhlükəli ola biləcəyini bir daha sübut edir.//E-saglam.az
01 Fevral 2025
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ