İnsanlara hürriyət, millətlərə istiqlal!

6 fevral zəlzələlərində dəhşət yaşayan Kahramanmaraşda Heydər Əliyev adına məktəb - Nazir görüntüləri PAYLAŞDI

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 6 fevral zəlzələlərindən sonra Kahramanmaraşda inşa olunan Heydər Əliyev adına ibtidai məktəbin son görüntülərini sosial media hesabında paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

"Əsrin fəlakətindən sonra fəlakətlərə davamlı və uşaqlarımız üçün təhlükəsiz bir məktəb inşa etdik. Bu gün məktəbin dəhlizlərində övladlarımızın sevinci, həyəcanı və xoşbəxtliyi əks-səda verir".

Qeyd edək ki, 6 fevralda baş verən dağıdıcı zəlzələlərin ardından Türkiyə və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına yeni ibtidai məktəb tikilib. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya və 3 məktəbəqədər hazırlıq sinfi var. Layihə təhsilin davamlılığına dəstək olmaq və zəlzələdən zərər çəkmiş bölgələrdə təhlükəsiz təhsil mühitini təmin etmək məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR