Onlayn ictimai-siyasi qəzet
Tonqa Krallığının sahillərində güclü yeraltı təkanlar hiss olunub.
Musavat.com xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata əsasən, Okeaniya bölgəsində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:03-də, krallığın paytaxtı Nukualofadan 635 kilometr məsafədə – cənub-qərb istiqamətində baş verib.
Hazırda təbii fəlakətin bölgədə dağıntılara və ya insan tələfatına səbəb olub-olmaması ilə bağlı məlumat verilmir.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ