İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyaya səfər edən bələdçidən ŞOK AÇIQLAMA: Başınızı bəlaya salmamaq üçün...

İngiltərəli tur bələdçisi Zoi Stivens avtoritar rejimi ilə tanınan Şimali Koreyanın düşünüldüyü qədər qorxulu bir ölkə olmadığını iddia edib.

Musavat.com NTV-yə istinadən xəbər verir ki, sosial media hesabında bu ölkə ilə bağlı təcrübələrini paylaşan gənc qadın bir çox izləyici tərəfindən “propaganda yaymaqda” ittiham olunub.

Liverpulda anadan olmuş 31 yaşlı Zoi Stivens 2016-cı ildən bəri Britaniya, Almaniya, Niderland və Avstraliyadan gələn turistlərə Şimali Koreyada bələdçilik edib.

Zoi "TikTok"da Şimali Koreya küçələrindən paylaşdığı vloglarda ölkənin mətbuatda təqdim olunduğu qədər qapalı və sərt rejimli olmadığını bildirir. Lakin bu fikirlərinə görə bir çox sosial media istifadəçisi onu rejimin tərəfdarı kimi göstərməyə çalışıb.

Stivensin sözlərinə görə, Şimali Koreyada tur bələdçiliyi zamanı əməl edilməli olan 3 əsas qayda var:

  1. Hər turistə iki rəsmi bələdçi müşayiət edir,

  2. Kim Çen Inın portretləri uyğunsuz şəkildə çəkilməməlidir,

  3. Hərbi obyektlərin çəkilişi qəti qadağandır.

Britaniyalı bələdçi əsas məqsədinin Şimali Koreyanın insani tərəfini göstərmək olduğunu deyib:

“Bir çox insan düşünür ki, orada hər kəs aclıqdan ölür və ya ölkədən qaçmağa çalışır. Amma reallıqda insanlar sadəcə gündəlik həyatlarını yaşayırlar”, – deyə o bildirib.

Zoi Stivens rəhbərlik etdiyi turlar vasitəsilə insanların Şimali Koreya ilə bağlı stereotiplərini qırmaq istədiyini vurğulayıb. Onun fikrincə, qaydalara riayət olunduğu təqdirdə, Şimali Koreya təhlükəli yer deyil.

Zoi əlavə edib ki, o, bu ölkədə heç vaxt özünü təhlükədə hiss etməyib və illər ərzində orada çoxlu dostlar qazanıb. Amma rabitə məhdudiyyətlərinə görə həmin dostlarla əlaqə qurmaqda çətinlik çəkdiyini də qeyd edib.

Covid-19 pandemiyasından əvvəl ayda bir dəfə Şimali Koreyaya səfər edən Zoi, sərhədlərin bağlanması ilə bu səfələrə ara verməli olub. Lakin 2025-ci ildən etibarən ölkə yenidən beynəlxalq turistləri qəbul etməyə başlayıb.

Turlar əsasən Pekindən başlayaraq Pxenyana qədər davam edir. Stivens deyir ki, turistlərin təhlükəsizliyini təmin etmək və mədəni anlaşılmazlıqların qarşısını almaq üçün onları əvvəlcədən ətraflı məlumatlandırır.

Sosial mediada məzmunlarının "propaganda" kimi qiymətləndirilməsinə isə belə cavab verib:

“Düşünürəm ki, bu, sadəcə olaraq insanların Şimali Koreyanın fərqli bir üzünü görməkdən narahat olmaları ilə bağlıdır”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR