Onlayn ictimai-siyasi qəzet
Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar gözlənilməz insidentlə yadda qalıb.
Musavat.com xəbər verir ki, İranın Xarici İşlər nazirinin müavini Kazım Qəribabadı masa üzərində olan 15 min dollarlıq qızıl qələmi götürərək cibinə qoyub.
Hadisə barədə məlumat yayıldıqdan sonra İran mediası əvvəlcə “bu oğurluq deyil, sadəcə yanlışlıqdır” iddiası ilə çıxış edib. Rəsmi açıqlamalarda Qəribabadinin guya qələmi səhvən apardığı bildirilib. Lakin qısa müddət sonra İranın bəzi informasiya kanalları bu xəbərin bütövlüklə yalan olduğunu, guya müxalif qüvvələrin təxribat xarakterli uydurması olduğunu iddia etməyə başlayıb.
Maraqlıdır ki, bu Kazım Qəribabadının “səhvən” nəsə götürməsi ilə bağlı ilk xəbər deyil. Daha əvvəl də onun xarici səfərlər zamanı masa üzərindəki əşyaları “yanlışlıqla” özü ilə apardığı haqda məlumatlar yayılıb.
Sosial şəbəkələrdə isə artıq Qəribabadı ilə bağlı “qızıl qələm diplomatiyası” ifadəsi dövriyyəyə girib. Hadisə beynəlxalq görüşlərdə etika və etimad məsələlərinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ