İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir tənqidi cümlə, təcili xəbərçilik, 1 il həbs

Rusiyanın Xantı-Mansı muxtar dairəsində məhkəmə 51 yaşlı yerli sakini siqaret otağında müharibə haqqında danışdığına görə bir il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, muxtar dairənin sakini olan mühafizəçi Yevgeni Lazutin Rusiya ordusunu dəfələrlə nüfuzdan təqsirli bilinib. Onun işinə aprelin 10-da bir iclasda baxılıb.

İstintaqın məlumatına görə, həmin şəxs işlədiyi “Lukoşko” bazarının siqaret çəkilməsi üçün nəzərdə tutulmuş otağında söhbət zamanı Rusiya ordusunun hərəkətləri barədə mənfi danışıb. O, hərbçiləri “axmaqlar” və “top yemi” adlandırıb.

Hadisə şahidləri ləngimədən polisə xəbərçilik ediblər, bundan sonra Lazutin saxlanılıb.

Təqsirləndirilən şəxs Konstitusiyanın 51-ci maddəsini əsas gətirərək təqsirini etiraf etməyib və ifadə verməkdən imtina edib. Bununla belə, məhkəmə ona 1 həbs cəzası kəsib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR