İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətaidəki yanğında tüstüdən zəhərlənən olub - TƏBİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15.04.2025-ci il tarixində saat 16:00 radələrində Xətai rayonu, M.Hadi küçəsi ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə arterial təzyiq, 1 nəfərə isə tüstüdən zəhərlənmə səbəbi ilə yerində tibbi yardım göstərilib",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR