İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənin kimi ifritə deyiləm” - Miri Yusifin qayınanasından xanımına

Xalq artisti Miri Yusifin həyat yoldaşı “food” bloger Nərgiz Mirbabayeva anası ilə bağlı diqqətçəkən paylaşım edib.

Valideyni ilə instaqram səhifəsində fotosunu paylaşan sənətçinin xanımı izləyicilərdən müsbət rəylər aldığını bildirib.

Anası ilə gəzinti zamanı çəkdiyi görüntüləri yayımlayan Nərgiz videoda “İzləyicilərim deyir ki, siz ananıza çox oxşayırsınız. Ananız kimi gözəlsiniz. Yəqin ki, xasiyyətiniz də ananız kimi gözəldir” sözlərini dilə gətirib. Onun bu sözlərinə isə N.Mirbabayevanın valideyni “Mən sənin kimi ifritə deyiləm” cavabını verib. 

Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün 3 övladı var. Pandemiya başladıqdan sonra məşhur ailə Türkiyənin Kuş adası bölgəsinə köçüb.  (Olay)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR