Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin sonuna Azərbaycanın dövlət borcu 2024-cü illə müqayisədə 1 milyard 623,8 milyon manat artaraq 29 milyon 4 min manata çatacaq.
Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2024-2026-cı illər üzrə dövlət borcu ilə bağlı göstəricilərdə əksini tapıb.
Sənədə görə, 2026-cı ildə dövlət borcu 30 milyard 528,9 milyon manata qədər artacaq.
Cari ildə dövlət büdcəsindən dövlət borcuna xidmət xərcləri ötən ilkindən 1 milyard 104 milyon manat çox olmaqla 2 milyard 399,6 milyon manata çatacaq. 2026-cı ildə isə dövlət borcuna xidmət xərcləri 2 milyard 626,9 milyon manata yüksələcək.
2025-ci ildə xalis dövlət borclanması 1 milyard 628,3 milyon manata, 2026-cı ildə isə 1 milyard 524,9 milyon manata qədər artacaq.
Musavat.com
18 Aprel 2025
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ