İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüşabə Ələsgərli: “Efirdə halım pisləşdi, təcili yardım gəldi”

Əməkdar artist Nüşabə Ələsgərli səhhətində yaranan problemdən danışıb.

Sənətçi aparıcı Zaur Baxşəliyevin verilişində səhhətinin pisləşdiyini deyib. O bildirib ki, həmin görüntülərə insanlar tənqid yazıb:

"Zaurun verilişində mahnı oxudum, oturdum. Halım pisləşdi. Sonra İlkin Əhmədov çıxdı oxumağa. Hiss edirəm ki, gedirəm. Dedim, Allah məni biabır etmə. Zaura dedim ki, məni çıxart havaya, təcili yardım gəldi.

Baxıram ki, sosial şəbəkədə biri yazıb: "aferist" İlkin Əhmədovun ifasını bəyənmədi, diqqəti özünə çəkmək istədin. Niyə? Hətta tibb bacısı dedi ki, təzyiqiniz 35-ə düşmüşdü. Onlar paltarın üstündən mənə iynə vurdular".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR