Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hökuməti neftin bir barrelinin orta illik ixrac qiymətinin 2026-cı il üçün 65,0 ABŞ dolları təşkil edəcəyi, 2027-2029-cu illərdə eyni qalacağını gözləyir.
Musavat.com xəbər verir ki, bu proqnoz Maliyyə Nazirliyi tərəfindən açıqlanan “2026-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə əksini tapıb.
Sənəddən aydın olur ki, proqnozlaşdırmanı İqtisadiyyat Nazirliyi cari ilin mart ayında həyata keçirib. Proqnozlara əsasən baza ssenaridə 2026-cı ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcək. 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcminin 129,1 milyard manata qədər artacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnoza əsasən 2026-2029-cu illərdə Azərbaycan manatının məzənnəsi dəyişməz qalacaq.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ