İnsanlara hürriyət, millətlərə istiqlal!

25 min dollarlıq qalmaqal yaşayan forvard qərar verdi - Azərbaycan klubuna gəlir!

“Kəpəz”in əcnəbi forvardla anlaşmaq niyyəti baş tutmadığını xəbər vermişdik.

Söhbət Mali millisinin üzvü Adama Nianedən gedir. Hazırda azad agent olan afrikalının Vyetnamdan daha yüksək maaş təklifi alması ölkəmizə gəlmək qərarından daşındırmışdı. Qərb təmsilçisi ilə danışıqları donduran malili adıçəkilən ölkəyə yollanmışdı. Lakin Adamanın Vyetnam klubuna keçidi baş tutmayıb.

Onu burada aldadıblar. Yerli klublardan biri bəribaşdan 25 min dollar verəcəyini söz verib, sonda vədinə əməl etməyib. Belədə hücumçu vətəninə qayıdıb və "Kəpəz"lə danışıqları bərpa edib. Hazırda klub onun viza məsələsini həll etməyə çalışır. Sənəd məsəlləri bitən kimi, afrikalını “Kəpəz”in düşərgəsində görə bilərik. Azər Məmmədovun israrla istədiyi 30 yaşlı futbolçunun son klubu İranda “Nassaji” klubu olub.

O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb.

Adama peşəkar karyerasında meydana çıxdığı 204 görüşdə 49 qol, 13 asistlə yadda qalmağı bacarıb.//SPORTİNFO.AZ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR