İnsanlara hürriyət, millətlərə istiqlal!

2 uşaq anası ehtiyatsızlıqdan sirkə turşusu içdi - vəziyyəti ağırdır

Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.

Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.

Ailə üzvləri Z. Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Lakin həkimlər onun hazırda vəziyyəti ağır qiymətləndirir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb./Trend

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR