İnsanlara hürriyət, millətlərə istiqlal!

11 aylıq Məryəmin müəmmalı ölümü: “Həkim pul təklif etdi ki...”

11 aylıq Məryəm qızdırması qalxdığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Evə gətirilən Məryəmin halı ağırlaşdığı üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Məryəmin anası Esmira Xəlilova redaksiyaya göndərdiyi şikayət məktubunda bildirib ki, əkiz qızlarından biri olan Məryəmi 2023-cü ilin mart ayında xəstəxanaya aparıblar:

“Qızdırması var idi. Həkim Pərvanə Əsgərovanın qəbulunda olduq. Bir həftə orada qaldıq. Uşağım müalicə alsa da səhhəti yaxılaşmadı. Həkimdən soruşanda dedi ki, düzələcək, dərmanların təsiridir. Bir həftə sonra bizim razılığımız olmadan xəstəxanadan evə göndərdi. Evə çatandan bir saat sonra uşağın vəziyyəti pisləşdi. Həkimə zəng edəndə yenə dedi ki, narahat olma. Bir dərman adı verdi ki, uşağa verək. Vəziyyətin pisləşdiyini görüb təcili yardıma zəng elədim. Uşağın bağırsaqları təmiz boşalmışdı. Xəstəxanaya aparanda uşaq orada vəfat etdi”.

Respublikanski” xəstəxanadan Oqtay Şirəliyevi utandıracaq kadrlar -  VİDEOFAKT • Cumhuriyyət

Esmira Xəlilova deyib ki, uşağı həkim səhlənkarlığının qurbanı olub: “Həkim məsuliyyətdən kənarda qaldı. Qızdırması olan uşaq niyə ölməlidir? Birinci dəfədir uşaq qızdırmalı olur? Səhv müalicənin nəticəsində uşağımı itirdim. Amma cinayət işinin açılması da rədd edildi. Ekpertiza rəyində yazılıb ki, guya uşağın bağırsağında xora aşkarlanıb. Necə oldu ki, indiyə qədər heç bir problem olmadığı halda bir gündə xoradan uşaq öldü? Bütün rəsmi qurumlara müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”.

Esmira Xəlilova bildirib ki, həkim və onun yaxınları dəfələrlə barışıq üçün onlara müraciət edib, maddi və mənəvi zərərin qarşılanmasını təklif etsələr də razılaşmayıblar: “Pul təklif etdilər ki, barışaq. Amma bu, mümkün deyil. Məryəmin ölümünə səbəb olan həkim qanun qarşısında cavab verməlidir”.

Esmira Xəlilova bir çox instansiyalara müraciət edərək, səbəbkarların cəzalandırılmasını tələb edir.

QEYD: Yazıda adları çəkilən şəxs və instansiyaların da rəylərini dərc etməyə hazırıq.

İlkin Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR