Onlayn ictimai-siyasi qəzet
İranın müxalifət yönümlü teleqram kanalları cənubdakı Şiraz şəhərində yerləşən raket bazalarından birində partlayışların baş verdiyini iddia edirlər.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində ərazidə güclü yanğın başlayıb, hava hücumundan müdafiə sistemləri işə düşüb.
Mənbələr bazanın yerləşdiyi ərazinin səmasında naməlum obyektlərin göründüyünü də qeyd edirlər.
İranın rəsmi qurumları hələlik baş verənlərlə bağlı hər hansı açıqlama verməyiblər.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ