Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyini şərh edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, əgər Ermənistan dəhlizin tikintisinə başlasa və bunun üçün siyasi iradə ortaya qoysa, Tehran bu prosesə mane ola bilməz.
E.Məmmədyarov hesab edir ki, İranın narahatlığı sırf öz maraqlarından qaynaqlanır.
"İran istəyir ki, regiondakı bütün nəqliyyat marşrutları onun ərazisindən keçsin. Bakı ilə Tehran arasında Araz çayı boyunca yolun çəkilməsi ilə bağlı artıq razılıq əldə olunub.
Tehran bu “Zəngəzur dəhlizi” vasitəsilə regional kommunikasiyalara nəzarəti əldən verməmək və iqtisadi fayda əldə etmək niyyətindədir",-deyə E.Məmmədyarov bildirin.
Sabiq nazir qeyd edib ki, “Zəngəzur dəhlizi”nin açılması İranın bu təsir vasitələrini zəiflədə bilər. Bu səbəbdən Tehran “suverenlik” və “Ermənistanın təhlükəsizliyi” kimi anlayışların arxasına sığınaraq dəhlizə qarşı çıxış edir.
Məmmədyarovun fikrincə, əgər Ermənistan İlham Əliyevin tələb etdiyi şəkildə dəhlizin açılmasına razılıq versə, bu ölkə üçün də müəyyən üstünlüklər yarana bilər. Onun sözlərinə görə, rəsmi İrəvanın seçim qarşısında qalacağı halda, bu marşrutdan faydalanmaq Ermənistan üçün sərfəli mövqe yarada bilər.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ