İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ÖLDÜ

Azərbaycan vətəndaşı Rusiyada yol qəzasında ölüb.

1967-ci il təvəllüdlü Araz Abbasəli oğlu Tagıyevi avtomobil vurub.

Hadisə zamanı ağır xəsarətlər alan Araz Tağıyev bir neçə gün xəstəxanada komatoz vəziyyətdə qalsa da, ötən gün ölüb.

Qeyd edək ki, Araz Tağıyev işləmək məqsədi ilə 4 ay əvvəl Rusiyanın Novosibirsk vilayətinə gedib.

Mərhumun cənazəsi bu gün ölkəyə gətiriləcək, o, doğulduğu Ucar rayonunun Lək kəndindəki qəbiristanlıqda dəfn olunacaq.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR