Onlayn ictimai-siyasi qəzet
“Ukrayna yeni hücum silahları ala bilər, ABŞ Prezidenti Donald Tramp Pentaqona bunun tezliklə həll edilməsi üçün bir sıra əmrlər verib”.
Teleqraf xəbər verir ki, bunu Ronald Reyqan Respublikaçılar Klubunun prezidenti Boris Pinkus deyib.
Amerikalı siyasətçi bildirib ki, bu cür silahlar hərbi əməliyyatların gedişatını dəyişə bilər - xüsusən də Rusiyanın dərinliklərinə, əsas hədəflərə zərbələr baxımından.
Pinkus vurğulayıb ki, ABŞ Konqresi çoxdan bu cür silahların Ukraynaya verilməsini tələb edir. Söhbət əsasən ABŞ-nin yeni qanadlı raketlərinin tədarükündən gedir.
“Bu raketlərin unikallığı ondan ibarətdir ki, 300 metrdən aşağı uçur, bu, çox vacibdir, çünki onlar radarlardan yayına bilirlər. Onların uçuş məsafəsi 450-500 kilometrdir. Bu, kifayət qədər uzun məsafədir”, - o qeyd edib.
Pinkus əlavə edib ki, bu cür hava-yer tipli raketlər həm MiQ, həm də F-16 qırıcılarında istifadə oluna bilər və Tramp artıq Pentaqona Ukrayna üçün belə raketlərin istehsalı üçün ABŞ-nin iki müdafiə korporasiyası ilə müqavilələr bağlamağı əmr edib.
Rusiya avqustun 4-dən 8-dək Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonu üzərindəki hava məkanını bağlayıb.
“AzPolitika” xəbər verir ki, mütəxəssislərin dediyinə görə bu, ballistik raketlərin sınaqdan keçirildiyini göstərə bilər.
Həmçinin, bu addım “Oreşnik”lə nöbəti dəfə Ukraynaya zərbə endirilməsi təhlükəsi yaradır. Bunu OSINT analitikləri bildiriblər.
Ukraynada əhaliyə xəbərdarlıq edilir ki, bu hərəkətlər mütləq mənada Ukraynaya zərbə endiriləcəyi demək deyil, lakin vəziyyət gərginləşərsə, bunu istisna etmək olmaz. Əvvəllər oxşar tədbirlər 24 və 25 fevral 2022-ci il tarixlərində, həmçinin Dneprin “Oreşnik”lə vurulması zamanı görülmüşdü.
Bundan başqa, iyunun 5-də Rusiyanın bəzi media resursları “Oreşnik”in buraxılması barədə məlumat verib. Lakin bu cəhdin uğursuz alındığını bildiriblər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ