Onlayn ictimai-siyasi qəzet
“Dünya nə qədər qorxunclaşırsa, incəsənət də o qədər abstraktlaşır”
(Paul Klee, rəssam)
Deyir gələcəkdə bütün materiklər sürüşüb bir-birinə yapışacaqdır. Bunun haçan olacağı yadımda qalmadı, bəlkə neçə milyon il ötməlidir. Ya da milyard. Ümid eləyək milyarddır, yoxsa adam qorxur. Çünki materiklərin sürüşüb yapışması böyük ehtimal zəlzələ və vulkanlarla müşaiyət olunacaqdır. Nəticədə Biləcəri bələdiyyəsinin ərazisində satlıq yerlər azalacaq. Bunlar hamısı iqtisadiyyatımız üçün vacib problemlərdir.
Lakin materiklərin birləşməsi tək bu kimi məsələlər üzündən diqqətimi çəkməmişdir. İşin içində iş var. Sən demə, alimlər yeni yaranacaq vahid materikə indidən ad qoyublar, olub Amasiya. Bir növ, bu adın içində Amerika, Afrika, Avrasiya, Avstraliya, Antraktida-zad hamısı gedirmiş.
Amasiya bizim üçün doğma addır. Türkiyədə belə bölgə var. O cümlədən Ermənistanda soydaşlarımızın sıx yaşadığı Amasiya rayonu vardı. Vaxtilə Amasiya rayonunda 40 kənddən cəmi 3-də ermənilər yaşayırdı. Burada “vaxtilə” yazdım, elə bilməyin haradasa qədim Romadan, nə bilim, bizim eradan öncədən dəm vururam. Yox, çox uzaq zamandan deyil, elə keçən əsrin ortalarından, 1960-70-ci illərdən danışıram. 30 il qabaq Ermənistan bütün azərbaycanlıları (belə məqamlarda bu ifadənin nə qədər nonsens olması aşkara çıxır və istəyirsən yazasan ki, qardaş, bizim adımız türkdür, bunu niyə açıq deməyə qorxuruq?) oradan zorakılıqda deportasiya edib. 1995-ci ildə isə Amasiya rayonunu, ümumiyyətlə, administrativ baxımdan ləğv eləyib Şirak vilayətinə qatıblar.
İndi zəmanə ermənilərlə ironiya edir və belə çıxır ləğv olunmuş Amasiyanın adı bütün materikə veriləcəkdir. Ondan sonra nə qədər istəyirsən sızılda, ağla, zarı. Lap fransız, rus qardaşlarını yardıma çağır, xeyri yoxdur, çünki ruslar və fransızlar da istər-istəməz amasiyalıya çevriləcəkdir.
Sözgəlişi, hazırda bizdə Zəngəzur temasında çoxlu müzakirələr gedir. Hiss olunur Ermənistan bundan ciddi təşvişə düşübdür. Eyni zamanda bir erməni saytı yaxşı başlıq atmışdı: “Azərbaycan Zəngəzur mövzusunu ortaya atmaqla Ermənistanı trollayır”. Deyir bu, bizim Azərbaycana qarşı ərazi iddialarımıza cavabdır. Bu sözün mənasını bilməyənlər varsa, “trollamaq” bir növ “məzələnmək, dolamaq” deməkdir.
Prinsipcə, “Kürə qədər bizimdir” tipli sarsaq propoqanda, düşmənçilik, ksenofob ura-patriotizmlə tərbiyə olunan Ermənistan vətəndaşları oxşar silahla vurulmalarına gərək hazır olaydılar. Sən tarixə iddia edirsən, buyur, biz də edirik. Zəngəzurda türklərin yaşadığı yurdların sayı-hesabı yox idi. Hətta yaddaşım məni aldatmırsa, Ermənistanı ən sonuncu, 1991-ci ildə tərk edən azərbaycanlılar məhz Zəngəzur bölgəsindəki Nüvədi kəndi olmuşdu. Biz Zəngəzuru azad edəndən sonra rayon mərkəzini, nüvəsini elə Nüvədi-ni elan edək. Adı hər şeyi deyir.
Vallah, planet həyatın elə dönəminə çatıb ki, Pangeya və Qondvana materikləri zamanında yaşamış təkhüceyrəlilər insandan daha şüurlu varlıqlara bənzəyirdilər. Hara baxırsan, bir-birini trollayan xalqlar, dövlətlər görürsən. Bu dəqiqə Finlandiyadan Azərbaycana qədər hər yerdə camaat aptekə cumub... yod axtarırmış. Deyir nüvə davası olsa, yodla salamat qalmaq mümkün imiş. Sadəcə, finlər yodlu həbləri tapır, biz tapmırıq. Biz kəsədən gedirik, yodun özünü alırıq. Halbuki, təmiz halda yodu atom bombasına qarşı necə istifadə etmək lazımdır, onu bilmirik. Yəqin belimizə “kletka” eləməliyik. Əslində “zelyonka” da işə yarayır. Gördün Putin Kiyevə bomba atdı, sən Qaradağda burnuna zelyonka sürt. Bəlkə xeyri oldu, nə biləsən...
Hərçənd zombilərlə məskunlaşmış gələcək Amasiya materikində Qaradağın, məsələn, Lökbatan qəsəbəsinin yeri necə olacaq, ora icra nümayəndəsini hansı millətdən qoyacaqlar, bunu təxmin eləmək çox çətindir. Yaşayarıq, görərik...
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ