İnsanlara hürriyət, millətlərə istiqlal!

Yıxılana gülən “mədəni millət”in namərdliyi – “2 bacı” həyasızlığı

 

Ermənilər Türkiyədəki dağıdıcı zəlzələ fonunda da öz murdar xislətlərini göstərdilər. Doğru, Nikol Paşinyan qardaş ölkəyə şablon bir başsağlığı verdi, hətta yardım təklif elədi. Amma şübhə yox ki, faşist Njde pərəstişkarı olan bir millət bu faciəyə ürəkdən sevinir. O Njde ki, “axırıncı Türk lal, kar, kor da olsa, öldürülməlidir” sözlərini şüar seçmişdi.

Təsadüfi deyil ki, Paşinyanın quru başsağlığı belə, erməni toplumda sərt narazılıq yaradıb. Misal üçün, Nikola etiraz edən Qalust Qriqoryan ad-soyadlı ikiayaqlı məxluq Armenianreport.com-da yazıb: “Türkiyəyə bir kəlmə də başsağlığı verilməməli idi. Yalnız Suriya. Paşinyan isə bununla kifayətlənməyərək kömək də təklif edib. Kimə?! Türkiyəyə?! Türkiyə erməni “soyqırımı”nı tanıyıb, onların qurbanlarının övladlarına təzminat ödəyib, dədə-baba və tarixi torpaqlarımızı bizə qaytarıb? Yox. Türkiyə hərbi-siyasi avantüralarında Azərbaycana dəstəyi dayandırıb? Yenə yox”.

Yunanıstanın Baş naziri ötən ilin mayından sonra ilk dəfə Türkiyə  Prezidenti ilə danışıb - "İki sahil"

Erməni sinizmi həqiqətən sərhəd tanımır. Heç türkə ədavəti qədimlərə gedib çıxan yunanlar belə xəbisliyə getmədilər. Bu qələti eləmədilər. Yunanıstan baş naziri Ərdoğana zəng vurdu, kömək göndərdi.

Hələ harasıdır, erməni mediası zəlzələ bölgəsinin böyük bir qismini (Malatiya, Maraş, Urfa və s.) öz xəbərlərində “Şərqi Ermənistan” kimi təqdim edib. Şəkkə düşüblər deyəsən...

Namərdlikdə və əxlaqsızlıqda bəzi fransızlar da “kiçik bacı”dan geri qalmayıb. Fransız jurnalı, bədnam “Şarli Hebdo” Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələləri lağa qoyaraq, Tvitterdə alçaqcasına yazıb: “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur”

“Charlie Hebdo”dan dəhşətli zəlzələyə biabırçı reaksiya

Bunlar hələ özlərini utanmazcasına dünyanın “ən mədəni”, “ən qədim xalqı” sayırlar. Hanı bəs? Bir fərdin v ya toplumun mədəniyyət səviyyəsi məhz fəlakət zamanı bilinir, üzə çıxır. Bu bir test məsələsi. Mədəni xalq, mədəni insan, ümumiyyətlə normal adam başqalarının faciəsinə, körpələrin, uşaqların yatdıqları yerdə uçqunlar altında həlak olmasına sevinərmi? Özünü belə tərbiyəsiz apararmı? Üstəlik, Türkiyə zəlzələsində həyatını itirənlər arasında ermənilər də var.

Video Galerileri Sayfa 119 - TRT Haber: Son Dakika Haberler ile Türkiye'nin  Haber Kaynağı

Həzrəti Əli (ə) deyib ki, “Yıxılana gülmə, hələ bilmək olmaz, fələk sənə nə hazırlayıb”.

Məsələ ondadır ki, Ermənistan da yüksək seysmik zonada yerləşir, oxşar faciəni 1988-cu ildə o da yaşayıb. Türkiyə, Azərbaycan bu faciəyə nəinki sevinib, əksinə, dərhal yardım əli ilə uzadıb. Təzəcə başlayan Dağlıq Qarabağ konfliktinə, soydaşlarımızın Ermənistandan qovulmasına (!) rəğmən, Bakıdan zəlzələ zonası Spitaka içində 70 xilasedicinin olduğu (8 ekipaj üzvü) xüsusi İL-76 təyyarəsi göndərib, donor qanı yollayıb.

Amma Türkə patoloji nifrətdən vəhşiləşən millətin məsul şəxsləri bundan imtina elədilər. Təyyarəmizi qəbul eləmədilər və elə bir şərait yaratdılar ki, o, Gümrü yaxınlığında dağlara çırpıldı. Əslində bu bir terror aktı idi. Əks halda, ermənilər təyyarənin “qara qutusu”nu gizlətməzdilər.

Həmin terror aktı nəticəsində cəmi bir azərbaycanlı sağ qaldı - Fəxrəddin Babayev, 77 nəfər isə həlak oldu. Bunu da yada salaq ki, yaralı Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, “ermənilər arasında yaralı türkə yer yoxdur”, - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırmışdılar.

Bizim böyük yaxşılığımıza, insanpərvərliyimizə bu zatı qırıqlar bax, bu cür böyük pisliklə cavab vermişdilər. Üstəgəl, Azərbaycanın donor qanından imtina eləmişdilər. Şizofrenik toplumun “medik”ləri demişdilər ki, “erməni qanına Türk qanı qarışdırmaq olmaz”.

Bədbəxtlər, minnətiniz olsun! Əksinə, nə qədər damarınıza çox Türk qanı vurulsa, bir o qədər qanınız bəlkə it qanı yox, adam qanına oxşaya və sizdən bəlkə normal alam, normal xalq çıxa. Mərhəmət duyğusu, insaf-vicdan hissi olan, Allahdan qorxub həya edən bir xalq!..

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024