İnsanlara hürriyət, millətlərə istiqlal!

Veronika Ruben Vardanyana "sənin Xankəndidə nə ölümün var?!”-demişdimi?

Ruben Vardanyan düz 1 il, 26 gün əvvəl Qarabağda peyda olmuşdu. Qarabağ ermənilərinə “gün ağlamağa” gəlmişdi, başından böyük danışaraq. Amma günün birində qoluqandallı Bakıya gətirildi, gün işığından məhrum edilərək...

Sözsüz ki, bu, bir Rusiya layihəsi idi. Kreml onu Qarabağa həm də Ermənistanla bağlı planlarını gerçəkləşdirəcək bir fiqur olaraq yollamışdı. “Forbes”in siyasında olan milyarder Qarabağda həm Rusiya hərbi kontingentinə pullar xərcləməliydi, Ukrayna bataqlığında olan ölkənin yükünü nisbətən yüngülləşdirməliydi, həm də Qarabağ ermənilərinə “Günəşin şimaldan doğacağı” barədə elegiyalar oxuyub, onları toparlamalı, “qəhrəman”a çevrilib, İrəvandakı fors-major situasiyada Laçın yolundan keçərək Gorusa, oradan da Nikol Paşinyanın boş qalmış kürsüsünə doğru yol almalıydı. Rusiyanın gözlədiyi olmadı, nə Qarabağda, nə Ermənistanda. Azərbaycan bri günlük antiterror tədbirləri ilə terrorçu birləşmələri darmadağın etdi, xunta rejiminin ömrünə son qoydu. İrəvandakı mer seçkiləri günündə Paşinyana qarşı inqilab gözləntisində olan Kremlin emissarları da işlərinin öhdəsindən gələ bilmədilər. Ermənistanın rusmeyilli müxalifəti həm də ona görə uğur qazana bilmədi ki, başında lider olmadı. Üstəlik, Ruben Vardanyan layihəsi ifşa oldu aylar öncə. 

a1719a3b-47f7-4c44-8de0-4f7ba61ce7bf.jpg (302 KB)

Ötən ilin 1 sentyabrında Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü, xunta rejimin “təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını” elan edən Vardanyana oyuncaq qurumun “dövlət naziri” postunu, “kor atın nalbəndi”nə bənzəyən Artak Beqlaryanı əvəzləmək təklif olundu. Amma əvvəlcə özünü naza qoyaraq, “fikirləşmək üçün” vaxt istəyən Vardanyan yalnız noyabrın ilk günlərində bu “post”u tutmağa “razılaşdı”. Elə onun gəlişi ilə Qarabağ ermənilərinin qara günləri başladı. Azərbaycan dövləti Rusiyanın canişini funksiyasını icra etməkdən ötrü Xankəndiyə gələn bu əcaib məxluqun buradakı varlığını heç cür qəbul edə bilməzdi təbii ki...Eyni zamanda Nikol Paşinyan Vardanyanın “növbəti dayanacağının” İrəvan olacağını anladığı üçün Qarabağın işıq, qaz və telefon xətlərini vaxtaşırı kəsərək Vardanyanı gəldiyi gündən durumları pisləşən ermənilərin gözündən saldı, üstəlik, bu kəsintilərin günahını Azərbaycanın üstünə yıxmağa çalışdı, beynəlxalq səviyyədə hay-küy qaldırdı. Vardanyanın Qarabağdakı “bildirçinin bəyliyi” çox çəkmədi, cəmi 112 gündən sonra ermənilər özləri onu yola salmağa vadar oldular. Azərbaycan ərazisinə qanunsuz soxulan bu iştahlı erməni həm sərhətlərimizi talayacağını, həm də siyasi olimpə yüksələcəyini zənn edirdi. Guya çox uzaqgörənliklə Rusiya vətəndaşlığından imtina etdi, digər rusiyalı milyarderlər kimi, sərvərlərinin, bank hesablarının sanksiya təhlükəsi altına düşməməsi üçün. 

1f6d65d9-5779-437f-96fa-a050d4acc39e.jpg (43 KB)

Prezident Vladimir Putin R.Vardanyanın Rusiya vətəndaşlığından imtinası barədə müraciətini 22 dekabr 2022-ci ildə imzaladı. Ortada hansısa anlama, plan olsa belə, ölkənin dar günündə onun vətəndaşlığından imtina edən şəxsə Kremlin münasibəti normal ola bilməzdi. Şuşa-Laçın yolunda Azərbaycan ekoloqlarının başlatdığı aksiya Vardanyan başda olmaqla xunta rejiminin belini qırdı, onları qiymətli mədənləri talayıb, qeyri-qanuni ordu hissəslərini və burada yaşayan mülkiləri yemləməkdən, həm də əlavə sərvətlər toplamaqdan məhrum etdi.

Azərbaycan Prezidentinin ötən ilin 17 noyabrında Bakıda Avropa İttifaqı rəsmiləri ilə görüşdə Azərbaycanın Qarabağ erməniləri ilə onların hüquqları və təhlükəsizliyi barədə söhbətə hazır olduğunu söyləməsini unutmamışıq. Amma zəruri qeydlə. Sitat: “Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda proses daha dinamik gedə bilərdi”. 

1e58ce84-e34b-4f8a-8f48-7e3b224c7ecc.jpg (29 KB)

Azərbaycan Prezidenti Münhendə olarkən qətiyyətlə bildirmişdi ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etməlidir! Bu, Vardanyana təklif olunan xilas yolu, şans verilməsi idi. Yaxşılığı anlamadı. Əksinə, ona xilas yolu göstərən, Müzəffər Ali Baş Komandanı, onun ailə üzvlərini terrorla təhdid edəcək qədər axmaq mövqe sərgilədi. Cənab İlham Əliyevin qətiyyətli mövqeyi Ruben Vardanyan layihəsinin üstündən xətt çəkilməsi idi. Ermənilərin çoxu 44 günlük müharibədən sonra etiraf edirdilər ki, Azərbaycan Prezidenti dedisə edir, əksini israr etmək yalnız məğlubiyyətə aparır, amma malı çox, ağlı dayaz Vardanyan reallığı anlamadı. Hətta ondan xeyli qabaqlar Rusiyadan Şuşaya köçüb, burada eşşək yarışması keçirən, sonradan torpağımızdan rədd olub, gedən keçmiş milyarder German Sterliqov qədər ağlı olmadı. Vardanyan qanmadı ki, Azərbaycan hətta Qarabağın işğal olunduğu dönəmdə bir neçə ölkənin vətəndaşı olan bloger Aleksandr Lapşini qandallamağa nail olmuşdu. Demək günün birində...

Bu ağlı dayaz hətta qollarını sallayıb Laçın sərhəd buraxılış postundan keçib getmək niyyətinə düşəcək qədər anlaqsız oldu və 27 sentyabr 2023-cü il tarixdə Azərbaycanın sərhəd qapısında saxlanıldı, qolları qandallı Bakıya gətirildi.

Planın iflasa uğramasından, Vardanyanın özünü gülünc vəziyyətə salmasından, eyni zamanda Azərbaycan liderinin sərt xəbərdarlıq və tələblərindən sonra Rusiyanın Vardanyana sahib çıxması mümkün deyildi. Necə ki, hətta RBK telekanalı İlya Doronov Vardanyanla açıqladığı “eksklüziv müsahibə”ni sonradan yayımlamaqdan imtina etmişdi.

Yenə dərs çıxara, vəziyyəti düzgün qiymətləndirə bilmədi. Hətta “Qarabağda işləməyə davam edəcəm, həm şəxsən, həm də “Biz və Dağlarımız” layihəsi vasitəsilə müəyyən proqramlar həyata keçirəcəm. Məqsədim dəyişməz olaraq qalır: təhlükəsiz, azad, layiqli erməni Qarabağına (Xankəndidəki separatçı rejimə - red.) sahib olmaq. Bunun üçün “mübarizəmizi” davam etdirməliyik”-sərsəmləməsini son günlərdə dilə gətirmişdi. İndi get, mübarizə apar!!! 

a2fb9092-d4cc-435a-9f47-8a5942db12f1.jpg (150 KB)

Erməni canilər vaxtilə tank üstündə Bakıyadək gələcəklərini iddia edirdilər. Tankları da gətirildi, özləri də gətirilir, qoluqandallı. Hadrut terrorunun iştirakçılarının “dincəldiyi” məkanda Meşəli canisi Vaqif Xaçatryanı darıxmağa qoymaq Ruben Vardanyan. Amma siyahı böyükdür, 35 il ərzində Qarabağda qanlar tökən xunta rejiminin rəhbərləri, terrorçuların başçıları var, hamısı eyni taleni yaşayacaq. Vardanyanın həyat yoldaşı Veronika Zonabend indi “kömək edin, ərimi xilas edin”-deyib, yalvarır. Amma ötən bir ildə bircə dəfə ərinə dedimi ki, “Ruben, sənin Xankəndidə nə ölümün var?! Demədi, indi o da cəzasını çəksin! “Sona qədər döyüşəcəyini” deyən Vardanyan nə qədər gəncin həyatına qəsd etdi, nə qədər günahsız insanımızın həyatı yarıda qırıldı. Bu cinayətlər cəzasız qala bilməzdi...Digərlərinə də dərs olsun, Arayik Arutyunyan, Vitali Balasanyan, Qukasyan...elə bir az əvvəl özünü “prezident” elan etmiş Şahramanyan...Onların xilas yolu könüllü təslim olmalarıdır, müqavimət göstərəcəklərsə...

Azərbaycan dövləti bir daha qüdrətini nümayiş etdirdi. 44 günlük döyüşlərlə işğala son qoymağı bacardığı kimi, 1 günlük antiterror əməliyyatı ilə terrorçu ordunun qalıqlarını darmadağın etdi və növbəti mərhələ başlayıb, terrorçuların başçılarının qandallanması, ədalət məhkəməsinin qurulmasını təmin edir, faşistlərə Nernberq Məhkəməsinin qurulduğu kimi, erməni faşistlərinə də Bakı Məhkəməsi qurulacaq! Bu məhkəmə həm də 35 ildir xunta rejiminin girovluğunda həyatı məhv olan Qarabağ ermənilərinin xilası deməkdir, təbii ki, əgər yenə də “maşa” olmaq istəməsələr, yaxşılığı anlasalar, işığın hansı tərəfdən düşdüyünü birdəfəlik bilsələr...

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

24 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024