İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan getsə, Nersisyan gəlsə...

Erməni oliqarx-dələduz Ruben Vardanyanın Qarabağda belə görünür, sayılı günləri qalıb. Bu qənaət həm də erməni mediasının yazdıqlarından hasil olur.

“Joxovurd” qəzeti bildirir ki, separatçılarının “prezidenti” Araik Arutunyan fevralın 23-də oyuncaq qurumun geydirmə “dövlət naziri” R.Vardanyanın “istefası” ilə bağlı xüsusi müraciət yayacaq. Nəşrin yazdığına görə, onun yerinə “baş prokuror” Qurgen Nersisyan gətiriləcək. O da bildirilir ki, Arutunyan buna öz istəyi ilə deyil, Nikol Paşinyanın diktəsi ilə getmək zorundadır.

Əslində Paşinyan məsələsi bəhanəyə oxşayır. Əsas motiv Bakının sərt tələbi ilə bağlıdır. Hərgah, bizim üçün Rubeni onun “postu”nda kimin əvəzləməsinin xüsusi önəmi yox. Nə qədər ki, ərazimizdə kriminal separatçı rejimin qalıqları meydan sulayacaq, “dövlətcik” tamaşası davam edəcək, baş verənlərə Azərbaycan dövlətinin münasibəti də adekvat olacaq – Vardanyan olmayır, digər cinayətkar olsun!..

Ancaq bir var, Qarabağda doğulmuş, orda yaşamış, yəni Azərbaycan vətəndaşı sayılan, dialoq qurmalı olduğumuz ermənilər, bir də var, Vardanyan kimi kənardan atılmış “desant”, mafioz-quldur. Üstəgəl, Qarabağa qanunsuz yolla gələndən bu it Azərbaycana meydan oxuyur, vaxtaşırı Bakıya “əlcək” atir. Başından yekə bəyanatlar səsləndirir. Öz çirkli pulları ilə separatçı hərəkata əlavə stimul verir.

Laçın yolunda 3 aydır davam edən aksiya da birbaşa onun qanunsuz fəaliyyəti, o sırada sərvətlərimizi talan eləməsi ilə birbaşa bağlıdır. Deməli, onun qovulması Laçın yolu ilə bağlı qeyri-müəyyənliyə əhəmiyyətli dərəcədə aydınlıq gətirə bilər. Təbii ki, ardınca mədənlərımizin monitorinq həyata keçməlidir.

Əlbəttə, Vardanyanın Qarabağdan rədd olub getməsi vəziyyəti kardinal şəkildə dəyişməyəcək. Ancaq ortam bir az yumşala, sülh, barışıq yönündə maneələr azala bilər.

Bəzi erməni radikal siyasiləri deyir ki, heç bir halda Bakının tələbini yerinə yetirmək olmaz, çünki dalınca növbəti tələb gələcək. Bəli, gələcək. Çünki bunların hamısı haqlı, ədalətli tələblərdir. Ən əsası, beynəlxalq hüquqa söykənir. Biz kimsənin haqqına girmirik, heç kimin torpağına göz dikməmişik. Bizim haqqımız da təmin olunmalıdır. O üzdən bütün qanuni tələbələrimiz gec-tez reallaşmalıdır. Ta ki, anklavda oyuncaq qurumun sonuncu qalası dağılanadək...

Azərbaycanın bu məsələdə güzəştindən söhbət gedə bilməz. Erməniləri tanıyırıq. Əks halda, bizdən daha böyük güzəşt istəyəcəklər. Başımıza gəlib, bilirik. Barışıq naminə Qarabağ ermənilərinə illərlə dünyada ən böyük muxtariyyət statusu vəd elədik. Onlar isə bir az da qudurdular. Müstəqillik istədilər. Bizə hətta həqarət elədilər, “Şuşada Azərbaycanın bayrağı ola bilər, ancaq Azərbaycan konsulluğunun binası üzərində” deyib məzələndilər 50 milyonluq xalqla.

Çünki cəzasızlıqdan özlərini beynəlxalq hüququn subyekti kimi hiss eləməyə başlamışdılar. O dərəcədə ki, keçmiş DQMV ətrafındakı rayonları da qatarmayacaqlarını bəyan edirdilər. Bu harasıdır, həmin rayonların əksəriyyətini “artsax” adlı xəyali dövlətin tərkibinə daxil eləmiş, hazırladıqları saxta “konstitusiya”larına salmışdılar.

Günü bu gün ermənilər “artsax” deyəndə təkcə keçmiş DQMV-ni yox, ondan 3 qat böyük ərazini nəzərdə tuturlar. O səbəbə, misilsiz sırtıqlıqla Azərbaycanı “artsax”a təcavüzdə suçlayırlar. Bu iştahaları hələ də qalır. Qondarma konstitusiyalarını ləğv eləməyə də hazırlaşmırlar...

Bütün bu oyunbazlığın, üzüyumşaqlığımızın sonu bəlli: Azərbaycan daha 3 min şəhid verməli oldu. Odur ki, yenə bir ovuc separatçı ünsürə hansısa güzəşt vəd edib, üz verib süverenliyimizi və ərazi bütövlüyümüzü bazarlığa çıxara bilmərik. Özümüzü ermənilərin kaprizlərinə uyğunlaşdıra bilmərik. Bu bizim üçün “qırmızı xətt”dir!

Qısacası, Vardanyan da gedəcək, ardınca Nersisyan da, elə o biri cinayətkar element Arutunyan da. Rusun arxasında gizlənib bizi hədələyən başqa separatçı tör-töküntülər də. Hamısına növbə çatacaq. Yerlərinə isə heç kim gəlməyəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024