İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula xanım niyə “şvabelik” etdi – yaxud bəşərə qarşı düşmənçilik

Avropanın aparıcı təşkilatlarından birinin rəhbərliyi növbəti dəfə kimliklərini nümayiş etdirdi. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 sammitində iştirak etməyəcəyini açıqlayıb.

Yayılan məlumatlardan aydın olur ki, “Brüsseldə baş verən siyasi hadisələr səbəbindən AK sədri Azərbaycan paytaxtındakı COP29 sammitində iştirakdan imtina edib. Mətbuatda yazılanlara görə, “Komissiya keçid dövründədir, buna görə də sədr öz institusional öhdəliklərinə diqqət yetirəcək”. Maraqlıdır, bəs, Avropa Komissiyasının, həmçinin onun hazırkı sədrinin qlobal problemlərlə, xüsusilə də iqlim problemləri ilə bağlı öhdəlikləri yox idimi, onlar niyə unudulub? Şübhəsiz ki, gəlməmək üçün uydurulmuş bəhanədir. Ursula fon der Lyayen bu qərarı verməklə Avropa İttifaqının iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq yolunda məsuliyyətsiz addım atıb.

COP.jpg (112 KB)

Dünyanın onlarla ölkəsini öz çətiri altında birləşdirən bir təşkilatın iqlim dəyişikliyi ilə bağlı problemlərə biganəliyi fəlakətlərin miqyasını daha da artıracaq. Bir təşkilatın daxilindəki hansısa texniki məsələləri əsas gətirib, dünya əhəmiyyətli konfransdan kənarda qalmaq bəşəriyyətə, onun dəyərlərinə, faciələrinə biganəlikdir, ən azı. Ursula fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir. Məlumata görə, Avropa İttifaqı, konkret olaraq Fransa, Almaniya, İtaliya və digərləri atmosferi ən çox çirkləndirən ölkələrdəndir. 2023-cü ilin məlumatına əsasən, Aİ üzvü olan ölkələr təxminən 3 milyard ton karbon dioksid (CO2) emissiyası həyata keçirib. Bu isə dünya səviyyəsində ümumi emissiyanın təxminən 9%-ni təşkil edir. Bəşər insanı planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir və bu təşkilat faktiki olaraq məsuliyyətdən qaçır. Bəlkə Azərbaycana gəlib-gəlməmək mövzusunu minnətlə müzakirəyə çıxaran Ermənistan rəhbərliyi kimi, Avropa Komissiyasının sədri də COP29-da iştirak etməməklə Azərbaycana pislik edəcəyini düşünür və bu tədbiri Bakının konfransı olaraq qəbul edir. Bəlkə də, kim bilir...

Yoxsa necə oldu ki, COP-un ötən konfranslarında yaxından iştirak edən, təbriklərini çatdıran xanım Ursula fon der Lyayenin Bakı konfransı ərəfəsində “bütün borcları yada düşdü?”

2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışan xanım siyasətçinin “Şvabeliyi tutub” (Azərbaycana qarşı çamur siyasətinin başında dayanan AŞPA-dakı alman deputat Frank Şvabe - red.) Azərbaycana münasibətdə...

SVABE.jpg (58 KB)

Avropa Parlamentinin, AŞPA-nın Azərbaycana münasibəti bəllidir axı. Həm də “saman altından su yeridən” Makronla münasibətlərindən də xəbərimiz var, fransızdilli Ursula fon der Lyayenin COP29 mövzusunda məsləhətləşdiyi şübhəsizdir.

2 iyul 2019-cu ildə Avropa Şurası tərəfindən Avropa Komissiyasının prezidentliyinə namizəd kimi təklif edilən fon der Lyayen iyulun 16-da Avropa Parlamenti tərəfindən bu posta seçilib və dekabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Bu vəzifəni tutan ilk qadın kimi ən azı bəşəriyyəti təhdid edən problemlərə seyrçi münasibət sərgiləməməli idi, 2022 və 2023-cü illərdə “Forbes” tərəfindən dünyanın ən güclü qadını seçilən 66 yaşlı Lyayen. Heç olmasa həkim peşəsinə sayğı duymalı, 7 övladının taleyi naminə iqlim probleminin müzakirəsindən yayınmamalı idi.

Axı, fakt faktlığında qalır. 2021-ci ilin noyabrında keçirilən COP26 ilə bağılı çıxışında qarşıdakı on ildə atmosferdəki emissiyanı azaltmaq, qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədini çatmaqda saxlamaq hədəfi barədə çağırış etmişdi. Həmçinin inkişaf etməkdə olan, həssas ölkələrə iqlim maliyyəsi ilə bağlı ildə 100 milyon dollarlıq dəstək hədəfinə çatmağı zəruri saymışdı. ABŞ prezidenti Baydenlə birgə “Qlobal Metan Vədi” təşəbbüsünü elan etmiş, 100-dən çox ölkə bu təşəbbüsə qoşulmuşdu. Ən əsası, Azərbaycan bu il qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib. Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, “Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür. Azərbaycan da planetin xilas layihəsində aktiv iştirakçılardandır. Şübhəsiz ki, COP29-da yeni ideyalar irəli sürüləcək,  AK rəhbəri isə “gəlməyəcəyəm” deyir...

COP SON.jpg (236 KB)

BMT-nin 27-ci İqlim Dəyişikliyi Konfransı (COP27) 6-20 noyabr 2022-ci il tarixlərində Şarm Əl-Şeyxdə keçirilib. Misirin sədrliyi ilə keçirilən COP27 sammiti Paris Sazişinin və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə doğru hərəkəti sürətləndirmək üçün tərəfləri bir araya gətirib.

Üstəlik, ürəyinin dərinliklərindəki sözlərini də izhar edib. Sitat: “COP27 1.5 C hədəfini qoruyub saxladı. Təəssüf ki, o, dünyanın əsas emissiyaçıları tərəfindən nə qalıq yanacaqların azaldılmasına dair öhdəliyi, nə də iqlimin azaldılması ilə bağlı yeni öhdəlikləri yerinə yetirib. Lakin Aİ, xüsusən də Avropa Yaşıl Sövdələşmə və REPowerEU vasitəsilə kursunu davam etdirəcək, çünki Paris Sazişinin ambisiyasını əlçatan səviyyədə saxlamaq vacibdir”. Ursula fon der Lyayen, Avropa Komissiyasının sədri.

Yaxşı, nə baş verdi? Daha “Paris Sazişinin ambisiyasını əlçatan səviyyədə saxlamaq” vacib deyil? Yoxsa rəsmi Parisin, Makron Fransasının ambisiyaları qlobal təhlükəsizlikdən önə keçib?

Yeri gəlmişkən, keçən ilin 3 dekabrında Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP28-in uğurla başa çatmasını və Paris Sazişinin ilk Qlobal Dəyərləndirməsini alqışlayan mövqe bildirmişdi. AK rəhbəri bu kritik onillikdə təcili tədbirlər görməklə 2050-ci ilə qədər emissiyaların xalis sıfıra endirilməsini sürətləndirmək üçün çoxtərəfli sazişin çox vacib amil olduğunu vurğulamışdı. “Biz 2030-cu ilə qədər qlobal emissiyaları 43% azaltmaq barədə razılığa gəldik ki, bu, daha təmiz və sağlam iqtisadiyyata keçidi sürətləndirəcək”, - deyən Ursula fon der Lyayen “daha çox şey etməyə hazır olduqlarını” bildirmişdi. Sitat: “Ancaq daha çox iş görülməlidir. Məsələn, COP28 həm də digər tərəflərlə karbon qiymətlərini müzakirə etmək imkanı yaratdı ki, daha çox ölkə çirklənməyə qiymət qoymağa başladı. Biz həmçinin daha geniş maliyyə islahatları, yeni innovativ maliyyə mənbələri və bütün maliyyə axınlarını Paris Sazişinə uyğunlaşdırmaq üçün zəmin yaratmağı da bacardıq”.

Daha çox iş görməyə çağıran xanım komissar COP29-a gələndə kənara çəkilərək əlini əlinin üstünə qoyur.

Amma 2022-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulundan sonra səsləndirdiyi bəyanatda “Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”, demişdi. Ortaya haqlı sual çıxır: nooldu?! Olmaya bu ilin aprelindəki Brüssel görüşündə xətrinə dəyən olub?

Qeyd edək ki, aprelin 4-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevə zəng edərkən də Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını bildirmişdi. Üstəlik, Avropa Komissiyasının prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulamışdı.

AVROPA İTTİFAQI.jpg (101 KB)

Amma bir gün sonra Brüsseldə keçirilən görüşdən sonra münasibət dəyişdi. ABŞ, Aİ Ermənistanı himayə masası qurdu və Azərbaycanın haqlı etirazı və görüşü boykotundan sonra imkan düşdükcə qisas almağa çalışırlar. Ancaq başa düşmürlər ki, bu kimi addımlar əslində bəşəriyyətdən alınan qisasdır, Azərbaycandan yox!

Azərbaycan ev sahibi kimi üzərinə düşənləri edir, hətta Paşinyana belə dəvət göndərib. Kim gəlmir, özü bilsin, amma onların hər birinin tərcümeyi-halına qara hərflərlə yazılacaq: bəşəriyyətin düşmənləri olaraq! Azərbaycanın evsahibliyi ilə keçiriləcək BMT-nin tədbiri isə kifayət qədər yüksək səviyyədə baş tutacaq, buna şübhəmiz yoxdur. Bakının evsahibliyi ilə keçirilən tədbirləri xatırlamaq kifayətdir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024