Onlayn ictimai-siyasi qəzet
Gözləmək elə bir insan fəaliyyətidir (əgər belə demək mümkünsə), o, özündə məşəqqəti, kədəri, həsrəti, ümidi, inadı... barındırır. Məişət məzmunlu gözləntidən tutmuş ən yüksək məna-məzmundakı gözləntiyədək – hamısının öz dərinliyi, öz üfüqü var.
Bizim Qarabağ gözləntimiz çox uzun çəkdi, çox məşəqqətlərlə üzləşdik, dərd üstünə dərd gəldi – o dərd də batmanla gəldi – amma sınmadıq, pəs etmədik, “status-kvo”, “mövcud reallıq”larla barışmadıq. Çünki haqlıydıq; çünki işimiz haqq işiydi... Amma gücsüzdük, toparlanmalıydıq. Burada, gücsüzlük birplanlı, daranlamlı söz kimi götürülməməlidir; “içimizdəki güc”ə dayanırdıq, əlbəttə; əlbəttə, əcdadın ruhi gücünə inanırdıq; ancaq dünyadakı gedişatları, Ermənistanın arxasındakı gücləri də gözardı edə bilmirdik; elə bir qərar, elə bir anda və elə həssaslıqla, dəqiqliklə verilməliydi, o, həlledici olsun, gül və bərəkət qoxulu torpaqlarımızdakı “qara yara” kökündən qazına, qalıntıları oda verilə bilsin! Ərəb buna uhulət və suhulət deyir…
Üç onillik boyunca torpağı torpaqlıqdan, suyu suluqdan, ağacı ağaclıqdan, sadə erməniləri adamlıqdan çıxarmış Ermənistan hərbi-siyasi rəhbərliyi, Dünya erməniliyi (və havadarları!) 44 gün içində pəjmürdə edildi, fizikən və fikrən pərən-pərən salındı.
Bir qədər sonra, Dəmir Yumruğu unutmağa can atan, əvəzçıxma “eşq”i ilə dirçəlmək istəyən Ermənistan 2020-2023-cü illər boyu o mübarək yumruğun kəramətini tez-tez xatırlamalı oldu. 10 noyabr Üçtərəfli Bəyanatına atdığı imzanın mürəkkəbi qurumamış o sənəddə yazılanları unutmağa (yaxud təhrif etməyə) çalışanlar müxtəlif vaxt və mövqelərdə uğursuz irəliləmə cəhdlərində, Azərbaycanı daha yeni, daha qondarma reallıqlar qarşısında qoymağa cəhddə bulundu. Bax, o zaman olanlar oldu və uzun sözün qısası, 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə yığcam antiterror tədbirləri başladı. Bir sutkadan da qısa sürən antiterror tədbirləri işğalçıların son tör-töküntülərini səngərlərdən, daldalardan, “fortifikasiya qurğuları”ndan yığdı-xışmaladı və ağ bayrağa vadar etdi. İşğalçılar, separatçılar üçün yaşasın ağ bayraq!
*
“Azərbaycan Respublikasının Prezidenti Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib”. – Biz bu mübarək xəbəri eşitməkçün bir qərinə boyu gözləmişik...
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dünən Xankəndidə qaladığı tonqal hər yandan göründü – təkrar edirəm, hər yandan! – Bir şəhər təsəvvür edin, Şuşa kimi dağbaşında, Kəlbəcər kimi dağlar qoynunda, Zəngilan, Qubadlı, Laçın kimi “sınırın bir addımlığı”nda, Füzuli, Cəbrayıl kimi Arazboyunda və ya Ağdam kimi düzəngahda yerləşmir amma dörd tərəfdən görünür.
Çünki bu görünüş fiziki görünüş deyil; dost üçün bəsirət gözü, dost ola bilməyən (yaxud dost olmaq istəməyənlər) üçün təfriqə gözü ilə görünür... Məsələn, Parisdən Xankəndinə doğru-dürüst baxmaq lazımkən, gözlərə pərdə çəkildiyini görməkdəyik. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan digər iki ölkənin paytaxtı da, bu azmış kimi, “qorxulu Tehran” da yeri gələndə Parisdən geri qalmır.
Ancaq tarix sübut edib ki, şər-şəbədəçilərin dediyi yox, haqq deyən dillərin, imanı kamil ustadların dediyi düz olur:
“Hər şey axar: su, tarix,
yıldız, insan və fikir,
Oluklar cift,
birindən
nur axar,
birindən kir!
...Rəbbim istərsə sular
büklüm-büklüm burulur,
Sırtına Sakaryanın
Türk tarixi vurulur”! (N.F.Qısakürək).
Rəbbim istədi, sular büklüm-büklüm buruldu və Sakaryanın özübir, sözübir qardaşı Suqovuşanın, işğal altındakı digər ərazilərimizin sırtına əbədi “Bura Azərbaycandır!” möhürü vuruldu! Bez parçaları dirəklərdən endirilərək, təyinatı üzrə istifadə olunmağa tabe tutuldu. Bəli, “hər şey axar”... çuxurunu tapar...
Azərbaycan dövlətinin başçısı dünən Xankəndi şəhər meydanında – yeni mübarək adı ilə Zəfər meyanında qaladığı Zəfər tonqalı önündə dedi: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”!
Bizə alqış və qutlama qalır:
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAMIMIZ QUTLU OLSUN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ