İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçidən əliboş, Tehrandan cibi dolu qayıtdı – Nikolun ən böyük arzusu  

 

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında orduda genişmiqyaslı islahatların başladığını söyləyib. Onun sözlərinə görə, gələn il üçün hərbi büdcənin kəskin artması da (1.2 milyard dollar) məhz bunu sübut edir. 

“Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz yüksək standartlara malik ordu qurmaq niyyətindəyik”, - Nikol pafosla bildirib.

Deyəsən İran səfərindən “əlidolu” qayıdıb. Soçi uğursuzluğunu da araya salıb məhz bu cür maskalamağa çalışır... 

Hər halda, bəllidir ki, Paşinyanın Tehran ziyarəti zamanı iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, İrəvana qaz tədarükünün 2 dəfə artırılması haqda anlaşma əldə olunub (Ermənistanın illik 2.6 milyard kub metr qaz idxalının 15%-i İranın payına düşür).

Şəkk-şübhəsiz, İrəvan bununla həm də daha “bel bağlamadığı” Rusiyadan qaz asılılığını minimuma endirməyi hədəfləyib. Axı günün birində Rusiyanın təbii qazı qəfil 20-25% bahalaşdırması yetər ki, Ermənistanda ciddi bahalaşma baş versin, daxili vəziyyət qarışsın və Nikolun durumu ağırlaşsın. Üstəlik, son vaxtlar xarici KİV-lər Paşinyanın Putini bezdirdiyi və ona alternativ hazırlandığı haqda ard-arda məqalələr dərc edir.

Paşinyanı Kremlin qəzəbinə gətirən səbəblər sırasında əlbəttə ki, İrəvanın Rusiyadan kənar silah-sursat almağa can atması da var. Söhbət öncəliklə Hindistandan və Paşinyanın dünən ziyarətindən qayıtdığı İrandan gedir.

Artıq buna da şübhə yox ki, Tehran səfəri həm də İranın kamikadze dronlarının alınması ilə bağlı olub – nə Tehran, nə də İrəvan tərəfindən rəsmi açıqlana verilməsə də. İran burdan-bura Ukraynaya qarşı Rusiyanı dronlarla təchiz elədiyini danır, heç belə şeyi etiraf edərmi? Ermənilər də ki, köhnənin peşəkar yalançıları.

Beləcə, iki riyakar dövlətin (“su azar çuxurunu tapar”) yığışıb nə zibil qaynatmaq istədiyini az sonra biləcəyik...

Bir şey dəqiqdir: Ermənistana yeni ordu qurulmasında ən çox maraqlı olan ölkələrdən biri tutaq ki, Fransadırsa, ikincisi İrandır. Fransanın xisləti və niyyəti çoxdan məlum. Bəs özünü utanıb-qızarmadan “islam respublikası” sayan İran niyə əldən-ayaqdan gedir ki, dinc müsəlmanların qatili, Xocalı, Başlıbel soyqırımlarının müəllifi, şiə azərbaycanlılar qarşı etnik təmizləmələr aparmış Ermənistanın güclü, hətta peşəkar ordusu olsun?

Cavabı az qala xristian uşaqlar da bilir.        

O ki, qaldı “yüksək standartlara malik, peşəkar” erməni  ordusu quruculuğuna, rus demişkən, “arzu ilə yaşamaq ziyanlı deyil”. Bunu bacarsaydı, elə izqoi İran bacarardı, o ki ola izqoy Ermənistan.

Cənab haylar, siz bir hələ gedin, öz sərhədlərinizi özünüz qorumağa cəhd edin, gərək alınacaqmı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024