İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyanın Xocalı etirafı, Əsgərandakı kütləvi məzarlıq və“valı dəyişdirən” Tomas de Vaal...

Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı analitiki Tom de Vaal fondun saytı üçün yazdığı məqalədə 2024-cü ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası ehtimalına toxunub.

Məqalə müəllifi 2024-cü ilin həm Ukraynada, həm də Cənubi Qafqazda Avropa siyasətçiləri üçün kritik və eyni zamanda sınaq ili olacağını vurğulayıb. “Sual yaranır ki, Azərbaycan və Ermənistan və bu il müharibə ili olacaq, yoxsa sülh? 30 illik münaqişədən sonra iki ölkə arasında münasibətləri normallaşdıracaq ikitərəfli sülh sazişi üzrə danışıqlar davam edir, lakin Ermənistanın cənubunda və onun ətrafında - tarixən Zəngəzur kimi tanınan Sünik adlanan bölgədə hələ də zorakılıq təhlükəsi var”-müəllif yazıb.

Tomas de Vaal fevralın 13-də Zəngilan istiqamətində erməni terrorçularının məhv edilməsindən – özü də iki erməni hərbçinin öldüyünü yazıb – bəhs etsə də, bir gün əvvəlki erməni təxribatını, 12 fevralda Azərbaycan sərhədçisinin snayperlə vurulmasını “unudub”. Üstəlik, “Bu, əvvəllər rus sərhədçiləri Aİ-nin monitorinq missiyasının müşahidəçilərinə icazə vermədiyi Azərbaycana yaxın ərazidir”-qeydini əlavə edib. Hər halda çox maraqlıdır. Yəni sətiraltı demək istəyib ki, Avropa İttifaqının müşahidə missiyası sərhəd boyunca səf çəksələr, belə insidentlər baş verməzdi. Ancaq yenə də “unudur”. Məsələn, Dığ və ya Zod istiqamətində Ermənistanın qarşılıqlı itkilərə gətirib çıxaran təxribatları məhz Aİ müşahidəçilərinin gözləri qarşısında baş vermişdi. Amma müşahidəçilər nədənsə təxribat anında yoxa çıxmışdılar. Yəni Ermənistana “işinizdə olun, biz görmürük”, mesajı verilmişdi faktiki olaraq. Tovas de Vaal bütün bunları bilib yazmırsa, çox təəssüf. Ya bilmirsə, öyrənmək gec deyildi, hər halda erməni mənbələrə istinadən yazmaq tərəfsizlik anlamı vermir.

21502999-09b1-4b9e-be16-7a777e408589.jpg (309 KB)

“Kozırların çoxu hələ də Azərbaycanın əlindədir. Prezident İlham Əliyev fevralın 7-də yenidən beşinci müddətə prezident seçilib. O, heç vaxt bu qədər arxayın görünməmişdi”-yazan britaniyalı analitik ardınca yenə də şərləyib. Azərbaycanı “Dağlıq Qarabağı” zəbt, “bütün erməni əhalisini qaçmağa məcbur etməkdə” və onilliklərlə davam edən münaqişəyə zorakılıqla son qoymaqda ittiham edib. Anormal yanaşmanı hansısa nabələd birisi ortaya qoysaydı, deyərdik bölgəni tanımır, baş verənlərdən bixəbərdir. Ancaq Tomas de Vaal hələ on illər öncə eks-prezident Serj Sərkisyanın “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiklərimizi zənn edirdilər”, etirafını yazan və bu etirafı “Qara bağ” kitabına daxil edən təcrübəli, məlumatlı ekspertdir. Xocalı soyqırımının 32-ci ildönümünün tamamına günlər qalmış indi onun Qarabağdakı xunta rejiminin müdafiəsində dayanmağa cəhd etməsi, separatizmin, terrorizmin kökünü kəsən Azərbaycanı günahlandırmağa cəhd göstərməsi açıq qərəzdir. Yoxsa onun yazılarına da ermənilərin çirkli pullarının qoxusu təsir göstərib?

ae890a6d-ac5f-4b27-9056-feffd6954317.jpg (85 KB)

Tomas de Vaalın bu qədər yaddaşsız olduğunu güman etmirik. 2023-cü ildə nəşr etdirdiyi kitabda Xocalı canisi Serj Sərkisyanla müsahibənin bir bölümünü olduğu kimi xatırladırıq:

Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

1095dc36-238b-4d18-ba06-07f1584c4e00.jpg (30 KB)

Serj Sərkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndi-M.) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu...

5f0f32f2-9e07-4462-bc79-35bdceb00d4b.jpg (52 KB)

Bəli, Xocalı soyqırımını etiraf edən caniləri dolayı və ya birbaşa etiraf etmək yumşaq desək, ayıbdır. Xocalıda qətlə yetirilən körpələrin ruhu qənim olar adama. “Əsgəran yaxınlığındakı...” deyib də, sual ünvanlayan Tomas de Vaalın xəbəri varmı ki, bu yaxınlarda Əsgəran qalası yaxınlığında kütləvi məzarlıq aşkarlandı? Sərkisyanın, Köçəryanın... “dəhliz” verdikləri ərazidə qırdığı dinc sakinlərin sümükləri çıxır gün üzünə...Həqiqətlər aşkarlanır artıq, amma Tomas erməni cinayətlərini ört-basdır etməyə girişib...  

Həmin müsahibədə Sərkisyanın başqa etirafı da var idi. Etnik təmizəmə ilə bağlı. Sitat: “Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi”.

700 mindən artıq dinc sakinin öz yurdundan didərgin salınması barədə baş terrorçunun etiraflarını öz qulaqları ilə eşidən, sonra bunları yazan, nəşr etdirən ekspert Azərbaycanı necə etnik təmizləmədə ittiham edə bilərdi? Ermənilərin öz istəkləri ilə Qarabağdan getdiklərini bütün dünya gördü, Tomas görmədimi? Heç Paşinyan da onların qovulduğunu demədi, amma de Vaal deməyə cəsarət edir. Çətin deyil ki, 90-cı illərdə azərbaycanlıların Qarabağdan, ondan əvvəl Ermənistandan qovulduğu kadrlarla, törədilən cinayətlərlə 2020-ci ildən sonra öz istəkləri ilə, əllərini sallaya-sallaya, “Allahakkı ermənilər millət deyil”, “biz azərbaycanlılardan heç bir pislik görməmişik”, deyə-deyə, Azərbaycan polisinin, hərbçisinin verdiyi suyu içə-içə, çörəyini yeyə-yeyə Laçın buraxılış məntəqəsindən Gorusa keçən erməniləri müqayisə eləsin. Əgər hadisələrə tərəfsiz yanaşmaq istəsəydi, belə edərdi, daha sərt yazmıram...

ba8b0503-83ac-442f-92b2-0f824ded5adb.jpg (75 KB)

Amma bu da var ki, Tomas de Vaal elə ötən ay “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, ermənilərin Qarabağdan köçü dinc xarakter daşıyıb. “Təbii ki, yolda ölənlər var, amma Azərbaycan tərəfində zorakılıq olmayıb”-deyən müəllifə nə oldu belə?.. Hər halda de Vaalın vaxtaşırı ermənilərə xoş gəlmək üçün anti-Azərbaycan mövqe sərgilədiyinin, Minsk Qrupunu xortlatmağa çalışdığını, erməni revanşistlərin və havadarlarının menyusuna uyğun açıqlamalar verdiyinin şahidi olmuşuq. Görünür budəfəki məqalə də o “xanə”dəndir...

Bir müddət əvvəl Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığı barədə materiallar tirajlanmışdı. Bu əməkdaşlıqda Tomas De Vaalın da xüsusi rolunun olduğu vurğulanırdı. İstisna deyil ki, qandallanmış Ruben Tomasla hansı bağlılıqlarının olduğunu da istintaqa açıqlayacaq. Bəlkə de Vaal buna görə həyəcanla Qarabağdan getmiş erməniləri müdafiəyə girişib... Yeri gəlmişkən, bu fondun maliyyə qaynaqlarından birinin erməni olduğu da danılmaz faktdır. Tomas de Vaalın tez-tez “valı dəyişməsi”nə səbəbkar da güman ki, bu amildir...

Britaniyalı ekspert anlamalıdır ki, 5 aylıq fasilədən sonra “Yerkrapa”nın snayperi işə salması həm də onun və fikirdaşlarının bu sayaq yanlış yanaşmalarının məntiqi nəticəsidir. Beynəlxalq səviyyədə xaric notlar səsləndikcə, erməni revanşistləri də kiriməyəcək...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024