İnsanlara hürriyət, millətlərə istiqlal!

Sən o şəhid anasının əlindən öpməliykən...

Bəziləri üçün başlarına çəkib içdikləri “Coca-Cola” vətən torpağına tökülmüş şəhid qanından daha “qiymətlidir”

44 günlük Qarabağ müharibəsində simvol adamdır şəhid Xudayar. Onu dinləyəndə sanki bütün şəhidlərimiz nisgili gözümüzün önünə gəlir, həm də o səbəbdən simvollaşıb Xudayar...

Xudayarın anası Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlərə görə bir nəfər həbs edilib.  Radə Qurbanovanın şikayəti əsasında saxlanılan ondan və bütün şəhid ailələrindən üzr istəyib, nəsə bəhanə də gətirib.  Məhkəmənin qərarı ilə  10 gün müddətinə inzibati qaydada həbs edilib.

Şəhidilərimizin anasını təhqir etmək nədir? Haradan əmələ gəlir belə tiplər, nə yeyirlər, nə içirlər, “kafalaramı gözəl?”. Başları yerə batsın...Bundan əvvəl də belə hadisələr olub.  Belələri bu vətənin suyunu içib, bu vətənin çörəyini yemirlərmi? Bunu  qansız adam edər. Onlar üçün başlarına çəkib içdikləri “Coca-Cola” vətən torpağına tökülmüş qandan daha “qiymətlidir”...

sehid tabutu-xezerinfo_az.jpg (70 KB)

Belələri çox deyil, amma var.  Onların hamısını ifşa etmək mümkün də deyil. “Əşi, onsuz da erməni qaçırdı də..” deyənlərlə  rastlaşmadıqmı? Hara qaçırdı erməni ay, namərd? Xudayarlar olmasaydı, torpaqlarımızda hələ də kef edirdilər. O səbəbdən də hər qarış torpağımıza görə şəhidlərə borcluyuq, onları böyüdən ana-ataya minnətdarıq...

Bu həm də bu il, bundan sonrakı il belə olmamalıdır. Həmişə belə olmalıdır! Kimsə illər keçsə də, şəhidimizin ruhunu incidəcək, onun ana-atasının könlünə dəyəcək bir söz belə deməməlidir! Buna haqqı yoxdur! Heç kimin haqqı yoxdur!

Onlar bizim dəyərlərdir, namusumuzdur! Bizim torpaq adlanan namusumuzu düşmən əlindən xilas edənlərdir şəhidlər, şəhid Xudayar... Onlar bu xalqın ən dəyərli vətəndaşları, ən unudulmayacaq qəhrəmanlarıdır!

Hələ də  aldığı düşmən gülləsindən gözünü aça bilməyən qazilərimiz var. Hələ ayaq üstə dayana bilməyən igid oğlanlarımız iki qoltuq ağacına möhtac olduğu, düşmənlərin  az qala  hər tərəfdən üstümüzə hürdüyü bir vaxtda bu cür yaramazlıqlar necə qanına toxunmasın? Bu boyda itkilərimiz var, dağ kimi oğlanlarımız şəhid olub, anların gözyaşı hələ qurumayıb. Amma bu cür şarlatanlar ortaya çıxırsa, demək biz nəyisə düz etmirik, haradasa qanunda  boşluq var...

ed29b1547cc24609d8d0cab1a445d18c.jpg (109 KB)

Bütün böyük müharibələrdən sonra bu cür yaramazlıqlar ortaya çıxıb. Məsələn, Almaniya və Vyetnam müharibəsinin qəhrəmanları ölkəyə qayıdıb nişanlılarının fərarilərin tovlayıb özlərinə arvad etdiklərini görüblər. Əfqanıstan müharibəsi də belə gerçək tale hekayələri ilə doludur. Amma bunlar hamısı “yad müharibələrdir”. Qəhrəmanları gerçək olsa da, nə SSRİ bizim həqiqi vətənimiz idi, nə Vyetnamdakı amerikalı əsgərləri. Amma Qarabağ müharibəsi bizimdir, bizim dərdimizdir, orada qanı tökülən, ayağını, gözünü itirən bizim qardaşlardır- sənin, mənim, onun, hamımızın!

30 illik qara işğal tarixini o şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qızıl səhifəyə çevirdik. Bükülən belimiz onların sayəsində dikəldi, qırılmış qürurumuz bir xalq olaraq onların sayəsində yenidən dirçəldi...

Bu, ictimai qınaqla, 15-30 sutkalıq həbslə  düzələsi iş deyil. Belələrini bu yolla “tərbiyə” etmək heç gərək də deyil. Xudayarın anası niyə şikayət ərizəsi yazmalıdır ki? Şəhid deyiriksə, bu vətən uğrunda canını verib deyiriksə, Xudayar təkcə anasının, qardaşının, qohumlarının deyil. O bizimdir! Niyə ərizə yazmalıdır, niyə rəsmi şikayət etməlidir? Xəbərdarlıq kifayət etməlidir ki, o kimdirsə çağırıb salasan “içəri”. Deyəsən ki,  sən o şəhid anasının əlindən öpməliykən, onun yaralı ürəyinə niyə dağ çəkirsən?

Dövlət baba şəhidinə də, qazisini də sahib durur. Amma dövlət şəhidinə, qazisinə  dili uzadanlardan da qorumağa borcludur. Biz şəhidlər haqda xüsusi qanun qəbul etməliyik, onları toxunulmaz elan etməliyik. Qanunla, konkret maddə ilə cəzası bilinməlidir. Qoy gedib, “içəri”də desinlər ki, maddələri nədir...Yoxsa, bu cür hədyanlar hələ də olacaq.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

11 Aprel 2025

06 Aprel 2025

04 Aprel 2025

19 Mart 2025

18 Mart 2025

14 Mart 2025

13 Mart 2025

08 Mart 2025

07 Mart 2025

06 Mart 2025

02 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

21 Fevral 2025

16 Fevral 2025

12 Fevral 2025

07 Fevral 2025

06 Fevral 2025

01 Fevral 2025

31 Yanvar 2025

30 Yanvar 2025

21 Yanvar 2025

19 Yanvar 2025

18 Yanvar 2025

16 Yanvar 2025

15 Yanvar 2025

10 Yanvar 2025

09 Yanvar 2025

08 Yanvar 2025

02 Yanvar 2025