Onlayn ictimai-siyasi qəzet
Son günlərdə bir qrup gömrük generallarımız davamlı olaraq həbs edilirdi, DTX bu mövzuda geniş açıqlama yaymışdır. Şəxsən mən açıqlamanı oxuyanda çox sevindim. Nəyə görə?
Birincisi, ona görə ki, generallarımızın varlığı ilə qürurlandım. Axırıncı dəfə MTN generalları bu cür çoxlu, qrup şəkildə tutulardı. Arada bəzi nisbi sakitliyə yol verildi və xalqda istər-istəməz düşüncə yaranmasına səbəb oldu ki, bəlkə, Allah eləməsin, Mirmahmud Fəttayevin hələ 1990-cı illərdə qeyd etdiyi kimi, generallarımız azalmışdır? Şükür. Az deyilmiş. Yenə də hər tutulan adam başına bir neçə general düşür.
Generalı çox olan millət basılmaz. Çörəyi ver generala, birini də üstəlik. General generala dönmüş, yox xəbəri polkovniklərin. Generala bax leytenant ol, mayora bax kapitan. General ədalətin təməlidir. Belə ata sözlərindən çox bilirəm, sui-istifadə etmək istəmirəm, mən özüm də haradasa köşə yazarlarının generalıyam, böyrü qırmızı zolaqlı şalvarım kəmdir. O şalvardan da tapım alım, görüm mətbuat aləmində qabağıma kim çıxmağa cürət edir.
İkincisi, həbs edilən generallar gömrüyün demək olar bütün sahələrini şaxəli şəkildə əhatə edirlər. Burada terminallar, dənizdə, havada, quruda gömrük idarələri, istintaq, əməliyyat üzrə generallar, siqaret işinə baxan, tədris eləyən, enerji keçirdən, nə bilim, canım sənə desin, qızıl tutan, barmaq yalayan... Maşallah, biz güclü iqtisadiyyata malik olduğumuza görə gömrüyün bütün sferalarında general yetişdirmişik. Heç Amerikada gömrüyün bu qədər generalı yoxdur.
Üçüncüsü, həbs edilən generallardan Məsum müəllimin Nehrəm kənd sakini olması diqqətimizi çəkir. Bunun üzərində ətraflı dayanmaq önəmlidir.
Nehrəm kəndi ölkəmizin dilbər guşələrindən olmaqla bir neçə detalla tariximizə adını yazdırmışdır. Bunlardan qeyd edə bilərəm deputat Əli Əlirzayevi və Mirzə Cəlilin bu kənddə müəllim işləməsini.
“Yeni Müsavat” qəzeti ilə nehrəmlilərin xüsusi məhəbbət münasibətləri də tarixə keçmişdir, üstündə çox dayanmağı məqbul hesab etmirəm, çünki o vaxt az qalmışdı mənim özümü redaksiyanın qabağında döysünlər. İndi bunun təkrar olunmasını istəmirəm.
Azərbaycanda hər el-obanın öz xüsusiyyətləri, fərqli cəhətləri olur. Məsələn, Nardaran kəndi dindarlığı, postları ilə məşhurdur. Şəkinin Kiş kəndində kilsə var. Göyçayın Bığırında qəşəng nar olur. Nehrəm kəndi də gömrükçüləri ilə məşhurdur. Bu kənddə xüsusi gömrük istedadı vardır. Uşaqlara sanki balaca vaxtından gömrük üstündə layla oxudulur. Bir ara hətta gömrüyün sədrinin beş müavinindən dördü nehrəmli idi. Hazırda sədr özü nehrəmlidir, müavin, rəis, əməkdaş sayında da nehrəmli qardaşlarımız saydıqca bitmir (Əlbəttə, biz onların bitməsini niyə istəyək? Bu pis niyyətdir, düşmənçilikdir, əxlaqsız yanaşmadır).
Məsum müəllimin adındakı məsumluq, təmizlik də diqqətimizi çəkir. Məhz Məsum müəllimin “xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə saxlanılması bunu bir daha göstərir ki, igid adı ilə tanınar. Çalış ad qazan. İgid ölər, adı qalar, general tutular soyadı. Verdin yadındır, yedin adındır. Adımı sənə qoyum, səni də yana-yana. Axırıncı məsəl elə bil yerinə düşmədi, ümid edirəm oxucuların gömrüyündən birtəhər keçər.
Sözgəlişi, həbs edilən o biri gömrükçü dostlarımızın ismi-şərifləri də yetərincə diqqətə layiqdir, tam yerinə düşür: Ehtiram, Şükür, Rəşad. Həqiqətən biz gömrük işinə yüksək ehtiramla yanaşırıq, rəşadət göstəririk. Şükür bu günümüzə.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ