Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Laçın sərhəd keçid məntəqəsində həyata keçirdiyi “Vaqif əməliyyatı” ilə çoxlarını şoka saldı.
Şoka düşən təkcə Xaçaturyanın qızı deyil, neçə gündür Laçın yolu istiqamətində düzülmüş “Spayka” TIR-larına keşik çəkən yaramaz diplomatlar da, onların başbilənləri də, Ermənistan rəhbərliyi də gözlənilməz əməliyyatın təsiri altındadır. Futbol diliylə desək, sanki Ermənistan 90 dəqiqə - həftə boyunca – oynadı, Həkəri körpüsü yaxınlığında tamaşa göstərdi, 19 “oyunçusu”, TIR-ı ilə Laçın qapımızdan top keçirmək istədi, amma Azərbaycan “artırma dəqiqələr”də bircə zərbə ilə Ermənistanın bütün taktiki planlarını alt-üst etdi, qələbə arzusunu gözündə və ürəyində qoydu!
Dünənə qədər “blokada” ağlaşması quranlar indi də “Vaqif Xaçaturyana diriykən yas qurublar. Bu zatıqırıqlar elə zənn edirdilər ki, qisas qiyamətə qalacaq, yad ölkənin torpaqlarında törətdikləri cinayətlərə görə cavab verməyəcəklər, keflərini sürəcəklər, hələ üstəlik, bəslənmək üçün göndərilən ərzağın Laçın yolundan - hikkəyə baxın, təklif olunan Ağdam-Xankəndi yolunun da yox, məhz Laçından – keçirilməsinə nail olacaqlar!
Sonra da deyəcəklər ki, “ara, biz qalib gəldik, “Spayka” (rusca “bitişmə”) gəldi, yenə də “artsax”la Hayastan bir yerdədir, bizi ayırmaq olmaz”. Bax, bu, ərzaq, yardım, TIR siyasətinin arxasında bu nəticə dayanır, buna hesablanıb bütün oyunlar, planlar. Azərbaycan dövlətinin, xalqının heysiyyəti ilə bu şəkildə oynamaq olardımı? Əlbəttə, yox!
Haylar unutdular ki, Azərbaycan Prezidentində Laçında sərhəd qapımızın qoyulmasından bir ay sonra, elə Laçında Ermənistana və Qarabağdakı revanşistlərə xəbərdarlıq etdi. Xatırladaq: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Və xilas yolunu göstərdi, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, oyuncaq “prezident”i rədd etmək, “parlament”i buraxmaq! Yalnız bu halda amnistiyaya ümid edə bilərdilər. Amma bunun ardınca Azərbaycana meydan oxumaq cəhdi oldu ki, bu da həm Ermənistana, həm də Qarabağdakı separatçı-terrorçu dəstələrə münasibətdə korrektlərə gətirib çıxaracaq heç şübhəsiz...
Azərbaycan dövləti beynəlxalq hüquqa istinadən tutarlı addımlar atır, ona görə də üstünə gələnlərin iddiaları sabun köpüyü kimi əriyib Həkəri çayına qarışır. Təbii ki, zəhləmizi aparacaqlar hələ bir müddət, amma axırda kiriyəcəklər. Türkiyəmizə münasibəti xatırlayaq: 1999-cu ildə baş PKK-çı, Türk düşməni Abdulla Ocalanı Keniyada həbs edilib Türkiyəyə gətiriləndə də qardaş ölkəyə basqılar səngimirdi. Daha sonra 30 mindən artıq türkün qatili İmralı həbsxanasına gömüləndə də onun xilası üçün “demokratiya və insan haqları keşikçiləri” usanmadan fəaliyyət göstərdilər. Hətta Türkiyəyə Avropa Birliyinin qapılarını açmağın, yaxud Suriya qaçqınlarını qəbul etməsinə görə ona maliyyə yardımı ayırmağın şərtləri sırasında da terrorçuların azadlığa buraxılması tələbi qoyulmuşdu. Amma Türkiyə vecinə qalmadı bu cür fitnəkarların mövqeyini, tələblərini. Baxın, bu gün bir sıra məsələlərdə Türkiyəyə minnətçi düşürlər.
Qürurvericidir, artıq Azərbaycan dövləti də qətiyyətli mövqeyi, məntiqli siyasəti ilə çoxlarını yerində oturtmağı bacarır. Bizimlə hesablaşırlar! Azərbaycan dedi ərazi bütövlüyü tanınmalıdır, mövqeyi Avropa, Amerika tərəfindən dəstəkləndi. Dedi Laçın sərhəd keçid məntəqəsi qurmaq mənim daxili işimdir, iradəmizi qəbul etdi bir sıra paytaxtlar. Dedi Ağdam-Xankəndi yolunu humanitar yol olaraq təklif edirik...Avropa Şurası İttifaqının rəhbərliyi də, ABŞ dövlət katibi də artıq biz deyəni deyir!
Bir az da keçəcək və Azərbaycanın komandosları Qarabağdakı canilərin başına torba keçirəndə, müqavimət göstərənləri yerindəcə məhv edəndə qərarı dəstəklənəcək! Vaxt var idi Türkiyə ölkə sərhədlərindən kənarda antiterror əməliyyatı keçirəndə donquldanan paytaxtlar bu gün reallığı qəbul edirlər. Baxın, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalında “Fırat Qalxanı” bölgəsində 12 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. Qəhrəman Mehmetçiyin Suriyanın şimalında terrorçulara qarşı mübarizəsinə kimsə kəm baxa bilirmi? Təbii ki, yox. Heç bir ölkə ona terror hazırlayan birləşmələri gözünün üstündə bəsləmir, fürsət düşən kimi məhv edir, eləcə də Türkiyə! Türkiyəni zəif düşürə bilməyən dairələr buna nail olmadıqları üçün daha Ankaranın qətiyyətli addımlarına sadəcə kənardan baxmağa vadar olublar. Azərbaycan niyə öz sərhədləri daxilindəki terrorçulara dözməlidir?! Təbii ki, olmayacaq. Azərbaycan işğaldan azad edilmiş şəhər və kəndləri yenidən qurur, əhalinin köçü başlayıb. Əhalimizə qarşı təhlükələrin aradan qaldırılmasını həm də beynəlxalq hüquq tələb edir, kimlərinsə donquldanması vəziyyəti dəyişə bilməz.
Meşəli kəndində onlarla vətəndaşımızın qətlində, soyqırıma məruz qoyulmasında birbaşa iştirak etmiş Vaqif Xaçaturyanın həbsi – özü də Laçındakı sərhəd qapımızda çox böyük hadisədir, həm də bunun rəmzi mənası var! Azərbaycan bu addımı ilə onun ərazisinə “karvansaray qapısı” kimi yanaşmaq istəyənlərin qulağının dibindən tərs bir şapalaq vurdu. Eyni zamanda Qarabağdakı canilərə çox vacib xəbərdarlığını etmiş oldu. “Gəmidəki siçanlar”ın civiltisi artmaqdadır, odur Samvel Babayan 300 nəfərlik cani siyahısında öz adının da olduğunu söyləyib. Anlayırlar ki, haqq-hesab zamanı çatıb, odur ki, xilas üçün hər şey əl atırlar...
Meşəli soyqırımının iştirakçısı Vaqif Xaçaturyanın etirafları çox qaranlıqlara işıq salacaq. İndiki halda onun daha çox yaşaması lazımdır bizə…Sosial şəbəkələrdə 2001-ci ildə lentə alınmış video kadrlar yayılıb. Mail Məmmədov adlı azərbaycanlı erməni silahlıları tərəfindən məruz qaldığı dəhşətli işgəncələrdən danışıb. Xocalı, Meşəli cəlladı Vaqif Xaçaturyan ocaqda qızdırılmış dəmir xaçı Mail kişinin sinəsinə necə basıbsa, indiyədək xaçın yeri qalıb köksündə.
Sitat: “Bizi kənara çəkdilər. Bir erməni əlində qaynaqla içəri girdi və gördüm ki, xaç kəsir. O, “çıxın” dedi. Çıxdım, dustaqlar küçəyə yığılmışdı. Məhkumların gözü qarşısında məni yerə yıxdılar, bu xaç damğasını vurdular. Bu xaçı mənə Artur, Vaqif və başqa biri vurub”.
Laçın yolundan sərvət toplamaq üçün istifadə edən Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal cəllad Vaqiflə bağlı açıqlama yaydı. Tez-tələsik görüşmək istəyirlər. 4 min itkin azərbaycanlı ilə bağlı heç vaxt belə operativlik görmədik. Heç Ermənistanda saxlanılan iki əsgərimizə verilən işgəncəyə də reaksiyaları olmadı. Niyə? Vaqif Xaçaturyan Mailin sinəsinə qızdırılmış xaç basıb, onların simvolunu bir müsəlman-türkün bədəninə həkk edib, ona görəmi? Vicdanı və ədalət hissi olan əvvəlcə Maili axtarıb tapar, onunla görüşərdi, cəllad Vaqiflə yox! Azərbaycan dövlətinin iradəsinə və beynəlxalq hüquqa zidd olaraq Xankəndi şəhərində ofis açan, üstəlik onu İrəvandakı ofisə tabe etdirən “xaçlılar”ın yürüşünə də son verməyin zamanı çatıb...
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ