Onlayn ictimai-siyasi qəzet
Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda ordumuza qarşı törədilən erməni təxribatı separatçıların xarici dəstəkçilərinin səfini bir daha gözümüz önünə sərdi. Bəlli oldu ki, nə qədər bir-birinə düşmən kəsilsələr də, məsələn, Rusiya və Fransa əslində eyni “ələ”, eyni “qapıya” oynayır; bütün resursları ilə bölgəmizdə erməni separatizminin qalması və güclənməsinə çalışır.
Həm Rusiya Müdafiə Nazirliyinin, həm də Fransa XİN-in insident zamanı gəbərdilmiş quldur-terrorçuları mifik dövlətin “hüquq-mühafizə orqanlarının əməkdaşları” kimi təqdim eləməsi siyasi riyakarlıq və həyasızlığın növbəti təzahürü olmaqla yanaşı, əlbəttə ki, ərazi bütövlüyümüzə aşkar həqarət idi. Məxsusi vurğulayaq: Rusiya MN və Fransa XİN-i QHT-zad deyil, dövlət qurumlarıdır. Yəni mənsub olduqları ölkələrin rəsmi mövqeyini ifadə ediblər.
Hər halda, Rusiyanın və ya Fransanın hansısa yüksək çinli bir yetkilisi çıxıb əks-fikir söyləmədi, təkziblə çıxış eləmədi, erməni separatçılığını qınamadı. Qınanan separatçı-cinayətkarlar yox, Azərbaycan dövləti oldu! Öz qanuni ərazisində silahlı banditlərə qarşı əməliyyat keçirən Azərbaycan dövləti!
Qatı ermənipərəst Fransa ilə bağlı məsələ aydın. Ermənistanın “böyük bacısı”ndan yaxşı heç nə gözləmirik. Parislə Bakı arasında Moskva Bəyannaməsinə bənzər hansısa ikitərəfli anlaşma da imzalanıb-eləməyib. Bəs Rusiyaya nə gəlib? Axı bu dövlətin Azərbaycan qarşısında konkret və yazılı (!) öhdəlikləri var.
Haqqında dəfələrlə yazdığımız, Kremlin əməl eləmədiyi 22 fevral 2022-ci il Moskva Bəyannaməsini kənara qoyaq. Hər şeydən öncə V.Putinin imzası duran 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndini nəzərdə tuturuq. Rusiya “sülhməramlıları” Qarabağa yerləşən gündən bu bəndi unudublar. Ona əməl eləmək nədir, erməni qanunsuz silahlı birləşmələrini gücləndirmək üçün dəridən-qabıqdan çıxırlar. Bir ovuc separatçı ünsürlə faktiki “çaşka-lojka” kimi olublar. Təbii ki, “yuxarılar”ın təlimatı, “dobrosu” əsasında.
Martın 7-də isə məlum oldu ki, hətta ötən bazar gününün olayından sonra da onlar bəd əməllərinə fasilə vermək niyyətində deyillər. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, 5 mart insidentindən cəmi bir gün sonra Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə bu yolla hərbi təyinatlı daşımaları kolon şəkildə həyata keçirib. Rusiya sülhməramlı kontingenti isə kolonu müşayiət edib (!!). Ordumuzun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri fakt qeydə alıb.
İndi bu Rusiyanın Azərbaycana meydan oxuması deyilsə, nədir? “Sülhməramlılar” öz missiyasına, üstündəki adına daban-dabana zidd olaraq ərazimizdə sülhü qorumursa, tam tərsinə, iki ildən çoxdur ərazimizdə özlərini reket kimi aparırlarsa, silahlı quldurların xidmətindədirlərsə, separatçılarla doğmalaşaraq “ət-dırnaq” kimi olublarsa, onları üstəlik, legitim hərbi qüvvə sayırlarsa, erməni quldur-terrorçulardan fərqləri qalmayıbsa, o zaman onlar bizim nəyimizə gərəkdir?
10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya aktı beynəlxalq hüquqi sənəd sayılır. İrəvan və Moskva ona əməl eləməyə borcludur. Eləmirlərsə, Bakı da buna borclu deyil və günün birində anlaşmadan birtərəfli qaydada çıxmaq haqqı var. Bundan ötrü zəmin artıq yetişib.
O biri yandan Rusiyanın Ukrayna dövlətinin başına gətirdikərini yada salanda təəccüblənməyə dəymir. Bu həmin Rusiyadır ki, 1995-ci ildə Budapeşt anlaşması ilə ABŞ, Britaniya və Fransa ilə birgə nüvə başlıqlarını təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyünə yazılı (!!) təminat vermişdi. Amma 2014-də Kırmı işğal elədi. 2022-ci ilin fevralından isə Ukraynanın digər ərazilərini zor gücünə zəbt eləməklə məşğuldur.
Əgər Rusiya prezidentinin imzası qara qəpiklik dəyərdə deyilsə, demək, işimizi möhkəm tutmalı, kağız-kuğuza çox da bel bağlamamalıyıq. BMT TŞ-nin 4 məlum qətnamələri kimi...
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ