Onlayn ictimai-siyasi qəzet
Allaha min şükür, daha bir ümummilli problem aparıcı Tolik müəllimin sayəsində aradan qalxdı. Uşaq evindən qovularaq psixi xəstəxanaya basılmış uşağı təzədən qardaşının və uşaq evinin müdirəsinin yanına apardılar, öpüşmək, qucaqlaşmaq, ağlaşmaq... Əlbəttə, sevinc göz yaşlarıydı. Şair demişkən: “Bütün yaralarımız yenidən bitişəcək. Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə”.
Ancaq bunu qabaqcadan eləmək olmazdımı? Ara yerdə nə oldusa yazıq baş həkimə oldu. Uşağın xəstə olmadığını söyləyən kimi rəhbərliyin yadına düşdü ki, kişinin pensiya yaşı çatıbdır. Axı sənin nəyinə lazımdır uşaq xəstədir, ya yox? Bəyəm səni ora camaatın dərdini aşkar eləmək üçün baş həkim qoyublar? Qətiyyən. Hətta deyərdim qətiyyətlə! Biz hələ dövrü-qədimdən, Sovet hökumətinin vaxtından görmüşük ki, psixiatriya xəstəxanasının baş həkimi faktiki qazamat rəisi statusunda adamdır. Onun idarəsinə kimi salıblarsa, rəhbərlik içəridə hansı tipi saxlamağı məsləhət bilibsə, canı çıxıb saxlamalıdır, vaxtlı-vaxtında o tipin iynəsini vurmalıdır ki, bir daha hətərən-pətərən danışmağa cürət eləməsin, lap yaxşı olar ömrünün axırınacan içəridə qalsın. Bəs necə, bəyəm dəliliyin müalicəsi var? Bu cür gözəl rejimi, onun uşaq evlərini, uşaq evlərinin Tomris, Məhsəti, Natəvan, Sara xatun ruhlu müdirələrini bəyənməmək isə zır dəlilikdir, biləsiniz.
İndi məndə təbii sual yaranır ki, əgər uşaqların işinə Tolik baxırsa, Arvad-Uşaq İşləri üzrə Dövlət Komitəsi nədən ötrüdür? Yanılmıramsa, o komitəyə də Tomris xarakterli dahi qadınlarımızdan biri, əski vitse-spiker Bahar xanım başçılıq etməkdədir. Bəlkə işdən çıxarıblar, xəbər vermirlər? Ola bilər. Ancaq mənə elə gəlir hələ çıxarmaq lazım deyil. İnam müəllim Ali Məhkəməyə təzəcə göndərilib, heç kreslonu isitməyə macal tapmayıb. Qoy bir az orada işləsin, sonra bu komitəyə də rəhbər qoyarıq. Bizdə özünə inamı olan yalnız bir kadr vardır.
Hərçənd Tolik müəllimi də siyahıdan silməyək. Adamın Allahı olar. Gör nə qədər müsbət işlər görür. Allah demişkən, bəlkə də biz dini məsələləri vaxtında Mübariz müəllimə yox, Tolik müəllimə tapşırsaq indiki nifrət mühiti yaranmazdı. Orqanlar az qala hər dəqiqə hansı dindarı tuturlar. Vətənə xəyanət kimi ağır mövzular havada uçuşur.
Yeri gəlmişkən, bu dindarların toplu şəkildə xəyanətkar çıxmasını müxalifət tənqid eləməyə başlayıb. Deyirlər bu qədər xain ola bilməz. Niyə olmur ki? Azərbaycanda dindarların sayı həmişə çox olubdur və bu milyonlarla dindarın içindən min nəfər xain tapmaq çətin iş deyil. Camaat dünyada xainlərdən batalyon qurur...
Hətta bir müxalif tarixçi iddia edir ki, guya 1937-ci ildə Sovet hökuməti bu qədər dindar tutmamışdı. O vaxt rəsmən Allahsızlar Cəmiyyəti vardı, niyə tarixi təhrif edirsiniz? 1917-ci ildə Azərbaycanda 3 min məscid vardı, 1933-cü ildə cəmi 17 məscid qalmışdı. Repressiya qurbanlarının adbaad siyahısı internetdə var, ona baxanda qurbanların çoxunun elə dindarlar olması açıq görünür: adların yanında “kərbəlayı”, “molla”, “seyid” və sairə titullar sadalanır.
İndiki vəziyyətin yaranmasında iqtidar qədər müxalifətin də günahı var. Azərbaycan müxalifəti də həmişə din kartından yararlanmağa, dini müstəvidə oyunbazlıq etməyə çalışıb. Guya bu yolla dindarların rəğbətini qazanacaqlar, seçkini-zadı udacaqlar. Halbuki dinə siyasətdə yer verəndə axırda ümumiyyətlə seçki adlı zadın qalmadığını başa düşmürdülər. Məsələn, 1990-cı illərdə ölkə müxalifətinə başçılıq edənlər ilk fürsətdə, dərhal dini ziyarətlərə yollandılar. Bir epizod heç yadımdan çıxmır. 2003-cü il prezident seçkiləri kampaniyasında İsa Qəmbəri dəstəkləyənlərdən biri məhz hazırda terrora məruz qalan deputat idi və Nardaranda seçicilərlə görüşdə onun çıxışını məsləhət bilməmişdilər. Maraqlı arqumentlə: “Sən naxçıvanlısan, burada danışmağın bizə səs gətirməz”.
Ümid eləyək bu xain-filan problemləri də Tolik müəllimin verilişində həll yolunu tapacaqdır.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ