İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentə Xankəndidəki məntəqədə səs vermək xoşbəxtliyi

7 dekabr səhərini Azərbaycan zəlzələ xəbəri ilə açdı. Şok zəlzələ xəbərlərinin ardınca makro-şok xəbər gəldi və bəzi ünvanlarda panikaya səbəb olan xırda təkanlarla bağlı müzakirələr arxa plana keçdi. 2024-cü ildə Azərbaycanda parlament, bələdiyyə seçkiləri və ya ümumxalq referendumunun keçirilməsi gözlənilirdi, amma prezident seçkisi ehtimalı kimsənin ağlına gəlmirdi.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalamaqla həm də böyük sürprizə imza atdı. Beləliklə, Prezidentin Sərəncamında deyilir:

“Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir”.

prezident_secki.jpg (244 KB)

Düzdür, gözlənilməz qərardır, amma Azərbaycan xalqının, seçicisinin mütləq əksəriyyətinin məmnuniyyətlə gözlədiyi qərardır. Ən əsası İlham Əliyev Azərbaycan dövlətçiliyi tarixində növbəti dəfə ilkə imza atmış oldu. 2024-cü ilin 7 fevral prezident seçkiləri Azərbaycanın bütün ərazilərində keçiriləcək! Müstəqilliyimizi qazandığımız ötən 33 ildə - bir qərinəlik müddətdə bu xoşbəxtlik bizlərə nəsib olmayıb, Xankəndi və digər ərazilərimiz düşmən tapdağında olduğu, separatçıların o ünvanlarda at oynatması səbəbindən. Üstəlik, erməni caniləri Azərbaycanın ürəyinə dağ çəkməkdən ötrü tapdaq etdikləri ərazilərimizdə oyuncaq “prezident seçkiləri” keçirmişdilər dəfələrlə. Sonuncu dəfə bu ilin 9 sentyabrında “seçki” keçirmişdilər, ordumuz burunlarından gətirdi. Prezidentin Sərəncamı həm də erməni canilərinə və onları revanşa sürükləyən havadarlara nokdaun zərbəsidir.

2024-cü ilin martında Rusiyada, noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Dünyanın toqquşan iki qütbünün siyasi həyatında mühüm hadisələr baş verə biləcəyi barədə də ehtimallar səslənir. Ukrayna müharibə səbəbindən seçkiləri təxirə salmağı uyğun hesab edir. Və Nikol Paşinyan da ilin ilk yarısında yenidən növbədənkənar parlament seçkilərinə getməyə həvəsli görünür. Azərbaycan Prezidenti isə tərəddüd edənləri, hazırlıq görənlərin hamısını qabaqladı və cəsarətli şəkildə qərarını verdi! Bu, həm də “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”- iradəsinin növbəti bariz nümunəsidir.  

Bəli, Azərbaycan torpaqlarını hərraca çıxartmaq istəyənlərin təzyiq və təhdidlərinə rəğmən, qətiyyətli mövqe ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdiyi, ölkəmizdə hansısa ssenarilərin, dağıdıcılığa yönəlik planların qarşısını anındaca aldığı kimi, Qərbin, digər anti-Azərbaycan mərkəzlərin oyunbazlıqlarına sərt şəkildə təpki verməyi bacardığı, əleyhinə üsyan püskürənləri ayağına gətirməyi bacardığı kimi, daxildəki siyasi qərarların da müəllifinin yalnız özü olduğunu növbəti dəfə isbatladı! Bu, sirr deyil, ayrı-ayrı antimilli qüvvələr və onlara sifarişlər ötürən mərkəzlər plan-konspektlərini seçki ilinə hazırlayırlar əksər hallarda. Bu mənada növbəti çirkin oyunların oynanılacağı şübhə doğurmurdu. Axı, Azərbaycanın qazandığı tarixi Zəfəri bu günə qədər həzm edə bilmir bir çoxları, hələ də ölkəmizə basqılar etməklə nəyəsə nail ola biləcəklərini zənn edənlər var. Bu mənada Müzəffər Ali Baş Komandana qarşı hansısa bəd əməllərə əl atmaq cəhdləri də istisna oluna bilməzdi. Diqqət edirsinizsə, vaxtaşırı qələbəmizi gözdən salmaq, daxildə hakimiyyət-xalq qarşıdurması yaratmaq, vətəndaş narazılığı görüntüsü yaradıb, gərginliyi körükləmək istəyindən olanlar baş qaldırır, “qarışqanı filə çevirməyə” çalışanların iç üzü ortaya çıxır. Bütün bunlar sistemli idarə olunur. Qəzəblidirlər Azərbaycana, onun liderinə qarşı. Qəbul edə bilmirlər ki, İlham Əliyev laboratoriyalarda hazırlanan “ərəb baharı” tipli Azərbaycan planların alt-üst etdi, bu qədər müqavimətlərə rəğmən, ölkəsinin ərazi bütövlüyünü təmin elədi, 30 il ərzində anti-Azərbaycan qüvvələrin poliqonuna çevrilmiş Xankəndidə Zəfər Paradını keçirtdi. Bütün bunları sinirə bilməyənlərin hansısa sürprizlər hazırlamağa cəhd göstərməsi təəccüblü olmazdı.

1699432742616287698_1200x630.jpg (250 KB)

Amma qeyd olunanlara rəğmən, hesab etmək olmaz ki, İlham Əliyevin Prezident seçkilərini bir il önə çəkməsi yalnız hansısa mərkəzlərin oyunlarını pozmaqdan  ötrü irəli çəkib. Bu, ilk nümunə də deyil. Azərbaycan Konstitusiyasına, qanunvericiliyə əsasən, 2018-ci ildə Prezident seçkiləri oktyabrın ikinci çərşənbə günündə, 10 oktyabrda keçirilməli idi. Prezident İlham Əliyev 5 fevral 2018-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq seçkilərin 11 aprelə təyin olunması barədə Sərəncam imzalamaqla, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə növbədənkənar Prezident seçkilərini təyin etməklə çoxlarını mat qoymağı bacardı.

Budəfəki prezident seçkisi 7 dekabrda – Azərbaycan parlamentinin yaranmasının 105-ci ildönümündə elan olundu, bu da olduqca simvolikdir. Bu, Azərbaycanın varislik ənənəsindən irəli gələn tarixi qərar da hesab oluna bilər. 105 il əvvəl 114 min kv.km-lik Azərbaycan Demokratik Respublikasının ali qanunverici orqanı ilk iclasını keçirtdi. Sonrakı dönəmlərdə dövlətimizin başına gətirilən müsibətlər saymaqla bitən deyil. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini Xalq Cümhuriyyətinin varisliyi əsasında bərpa edəndən sonra yarımcan haldaydı, ərazilərin xeyli hissəsi təcavüzə məruz qaldı, on illərlə işğaldan əziyyət çəkdik. Amma 2020-ci ilin 44 günlük Vətən Müharibəsində, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatında Azərbaycan dövləti işğaldakı torpaqlarını azad etdi, məhz İlham Əliyevin sərkərdəliyi ilə! Şuşa yenidən qurulur, Laçına, Füzuliyə, digər ərazilərə sakinlər köçürülür, dövlət sərhədimiz sərhədçimizin nəzarətindədir. Xankəndidə keçirilən qələbə paradı düşmənə göz dağı olub.

Növbəti prezident seçkisi 2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradının üçüncü ildönümünə 3 gün qalmış təyin edildi. O zaman hərbi paradı tribunadan Azərbaycan və Türkiyə liderləri yanaşı izləyirdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il növbəti dəfə qələbəsini təmin etdi, xalqın mandatını aldı. İnşallah Azərbaycan lideri də növbəti dəfə böyük etimadı qazanacaq və iki qardaş növbəti zəfərlərə birgə imza atacaqlar. İki qardaşı hələ Turan yolunun açılması, Zəngəzur dəhlizinin tikilməsi, ayrılığa son veriləcək tarix gözləyir! Odur ki, ölkə daxilində prezident, parlament, bələdiyyə seçkilərinin 2024-cü ildə keçirilməsi heç şübhəsiz ki, ümummilli mənafelərimiz baxımından faydalıdır.

1685435926875659869_1200x630.jpg (95 KB)

O da istisna deyil ki, budəfəki prezident seçkisində ilk dəfə Xankəndi və digər ərazilərin sakinlərinin xeyli hissəsi Müzəffər Ali BAŞ Komandana məhz öz doğma yurdlarında qurulacaq seçki məntəqələrində səs verəcəklər! Təsəvvür edək, seçkidən sonra seçicilərdən biri deyir: “Prezident seçkisində Xankəndidə...səs verdim”. Digəri Xocalıda, o birilər Ağdərədə... səs verdiklərini söyləyirlər”. Füzuli şəhərində, Laçında...digərləri Zəngilanın Ağalısında səs verdiklərini deyirlər. Bilirsiniz bu, nə deməkdir?! Bu səsvermə İlham Əliyevə Azərbaycan seçicisinin növbəti minnətdarlığı, təşəkkürü olacaq! Qalib ordunun Ali Baş Komandanına, Prezidentinə Xankəndidəki seçki məntəqəsində səs vermək həm də vətəndaş xoşbəxtliyi olacaq! Beləcə, tarixin növbəti səhifələri yazılır. Dövlətimizə, millətimizə uğurlu olsun, inşallah!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024