İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan və komandasının 9 May sayıqlamaları – Bunlarla barışıq mümkünmü?

İstənilən pis sülh müharibədən yaxşıdır. Bir şərtlə ki, bu “sülh”ün ömrü süni şəkildə uzadılmasın. Əks halda o, yeni və daha dağıdıcı müharibəyə vəsilə olacaq. Kapitulyant Ermənistanın üç ildir davam edən sülh hoqqabazlığı əfsus ki, məhz sonuncu varianta xidmət edir. İki “isti” nümunə.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün utanmazcasına bəyan edib ki, Bakı ilə sülh müqaviləsinin imzalanması “yalnız Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən çıxarılması halında” mümkündür. Sən demə, sülh anlaşması üçün ordumuz qanini ərazimizi tərk eləməli imiş!

Doğrudan da qulaq gündə bir erməni yalanı və ya uydurması eşitməsə, kar olar. Görən biz niyə haradansa nəyisə çıxarmalıyıq? Odansa yaxşı olmazmı ki, Qriqoryan 10 minlik silahlı erməni quldur dəstələrinin niyə hələ də Qarabağda qalmasından danışaydı? Özü də bunu kapitulyasiya sənədinin 4-cü bəndi tələb edir – hansı sənədin altında ki, onun rəhbəri Nikol Paşinyanın imzası durur...

Ermənistan Təhlükəsizlik Şurası katibinin təklif elədiyi “sülh” əlbəttə ki, bizə min il də gərək deyil. Onsuz da keçinə bilərik. Hər halda, təcrid durumda olan “izqoy” Ermənistandır, biz yox. Hələ Azərbaycana həyasızcasına şərt qoyurlar kapitulaynt tərəf ola-ola!..

Lap tutaq, Qrqoryan deyəndir, o zaman nədən 28 illik işğal dövründə Azərbaycanın illərdir irəli sürdüyü eyni tələbi, torpaq əvəzinə sülh təklifini Ermənistan qulaqardı edirdi? İşğalçı qüvvələrini torpaqlarımızdan çıxarmırdı? Yəni özünə rəva bilmədiyini başqasına görmək məsələsi.

Hələ harasıdır, 44 günlük müharibə ərəfəsi Paşinyan komandasının hazırda həbsdə olan üzvü, ovaxtkı müdafiə naziri David Tonoyan Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələmişdi. Amma başlarından “dəmir yumruq” deyəndən sonra ərazi bütövlüyü prinsipi Ermənistan üçün əziz oldu. İndi də sırtıqcasına bizi guya qonşu ölkənin torpaqlarına girməkdə, işğalda suçlayırlar...

Sülh müqaviləsi üçün hüquqi baza çoxdan bəlli: Bakının irəli sürdüyü 5 məlum prinsip. Velosiped kəşf etməyə nə lüzum? Qriqoryan sülhdən ötrü belə əldən gedirsə, bundan söz etsin ki, nədən həmin prinsiplər əsasında anlaşma sənədinin imzalanmasını üç ildir yubadırlar?

Səbəb köhnədir: 2-ci Qarabağ savaşından sonra rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddiasını qismən fərqli, daha hiyləgər şəkildə davam etdirir. Təsadüfi deyil ki, ötən həftə Praqada səfər olarkən Nikol belə demişdi: “Sülh müqaviləsinə əngəl olan digər problem Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mexanizminin olmaması və Xankəndi ilə Bakı arasında (? – Z.S.) dialoq formatının qeyri-müəyyənliyidir. Bizim fikrimizcə, dialoq həm də beynəlxalq mexanizmlər çərçivəsində baş tutmalıdır”.

İştahasına bax. Sülh sazişini aparıb həm də Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” məsələsinə bağlayır. Hansı ki, bizim sırf daxili işimizdir və bu məsələnin sülh sənədinə, erməniyə, rusa, amerikana, farsa, fransıza heç bir dəxli yoxdur, ola bilməz və olmayacaq!..

Erməni baş naziri haylara 9 Mayla bağlı bugünkü müraciətində isə “timsah göz yaşı” tökərək deyir: “Son illər biz 9 Mayı acı kədər və həyəcanla qarşılayırıq. Bu, ilk növbədə 44 günlük müharibənin ağır nəticələri, müharibə zamanı Şuşinin (Şuşanın – Z.S) itirilməsi, Dağlıq Qarabağ və Ermənistan Respublikası ətrafında cərəyan edən təcavüzkar siyasətlə bağlıdır”.

Yenə köhnə hava, xroniki “miatsum” sancısının yaratdığı diskomfort. “Şuşanın itirilməsi...” Sanki bu qədim Azərbaycan şəhərinin əsasını 271 il öncə Pənahəli Xan yox, Nikolun murdar soyundan olan hansısa Akop qoyubmuş!

Amma “Qafqaz qaraçıları” işğal dövründə Şuşada daşı-daş üstündə saxlamadılar. Görəsən kim öz doğma şəhəri ilə bu cür davranır? Eləcə də viran vəziyyətdə azad elədiyimiz digər şəhər və kəndlərimiz...

N.Paşinyanın müraciətində belə bir əcaib cümlə də var: “Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımıza eşq olsun”.

Hansı “qəhrəmanlar”, hansı “vətən”? Məgər Ermənistana kimsə təcavüz edib? Əlbəttə yox. Azərbaycanda şərəfsiz ölümə tuş gələn erməni işğalçılarını nəzərdə tutur Paşinyan! Və bu axmaq təfəkkürdə və düşüncədə olan təkcə o deyil. Erməni adlı vəhşi, başdan xəstə qəbilənin faciəsi də budur ki, bu günədək halalla haramı, ona məxsus olanla olmayanı ayırd edə bilmir. Yaxud istəmir. Çünki uydurduğu saxta və “qədim” tarixin əsiri olaraq qalır.

İndi belə bir zehniyyətin hakim kəsildiyi toplumla, onun seçdiyi hakimiyyətlə sülh sənədi imzalamalıyıq. Mümkünmü?

Qılıncımızı qında, barıtımızı yaş saxlamayaq...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024