İnsanlara hürriyət, millətlərə istiqlal!

Möhtəşəm səfər: həm növbəti, həm ilk...

Bundan 2 il öncə - 2021-ci ilin iyununda qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdi.

Ankaradan havalanan Cümhurbaşqanı uçağı Füzuli Beynəlxalq Hava Limanına eniş etmiş, orada ilk dəfə rəsmi qarşılanma törəni keçirilmişdi. O səfər çərçivəsində “Şuşa Bəyannaməsi” imzalanmışdı.

susa beyan.PNG (1.77 MB) 

Füzuliyə uçuş, Füzulidə rəsmi qarşılanma kimi Şuşada imzalanan sənəd də bir İLK idi! Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev birgə bir çox İLKlərə imza atıb. Əlbəttə, Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın başqa ölkələr də vardır, lakin onların heç də hamısı bir-biri ilə qardaş deyil, strateji müttəfiq heç deyil və dövlət başçıları da bir-biri ilə doğmalıq edə bilmir. Azərbaycanla Türkiyənin qardaşlığı tarixin sınaqlarından çıxıb, sarsılmazdır, bununla belə Ədroğan-Əliyev qardaşlıq və dostluğu fövqəladə dərəcədə önəmli örnək hadisədir.

44 günlük müharibədə Türkiyə Cümhuriyyətinin, şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi güclü siyasi dəstək, səsləndirdiyi möhtəşəm bəyanatlar həm qardaşlıq tariximizə, həm də ümumən tarixə altın hərflərlə yazılıb! Öz hərbi gücümüzlə, şəhidlərimizin qeyri-adi qəhrəmanlığı, qazilərimizin şücaəti, ümumən ordumuzun şanı-şərəfi və dövlət-xalq birliyi ilə torpaqlarımızı işğaldan azad edən bizlər, qardaş ölkənin mənəvi, siyasi, diplomatik və informasiya dəstəyini qədirşünaslıqla vurğulayırıq. Türkiyə Cümhuriyyətinin dəstəyi müharibənin seyrinə - hadisələrin gedişatına qıraqdan müdaxilənin qarşısını aldı. - Yəni minbir məkrli qüvvələrin Ermənistana açıq-gizli dəstəyini, Azərbaycanın qabağına şeytan toru ilə çıxanların “əməy”ini sıfırlamış oldu. Heç təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər qazanıldığı yerdə və tarixdə qalmayıb, bugünümüzdə iştirak edir, gələcəyimizə işıq salır və bütün Türk dünyasına sirayət edir. Bizim tarixi Zəfərimizdən sonra – bayaq da vurğuladığımız kimi, Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi”nin imzalanması, Azərbaycanla Türkmənistan arasında (bizim “Kəpəz”, onların “Sərdar” dediyi – yeni adı ilə) “Dostluq” yatağı üzrə Anlaşmanın imzalanması, Özbəkistanla Qırğız Respublikası arasında su hövzələri, otlaqlar və s. üzrə anlaşma yaranması, Özbəkistan – Türkiyə, Özbəkistan – Azərbaycan, Qazaxıstan – Azərbaycan, Qazaxıstan – Türkiyə, Qırğız Respublikası – Azərbaycan, Qırğız Respublikası – Türkiyə münasibətlərinin yeni faza, yeni üfüq qazanması danılmaz faktlardır. Danılmaz faktdır ki, Türk Dövlətləri Təşkilatı bizim tarixi Zəfərin 1-ci ildönümündən az sonra (12 noyabr 2021) yarandı. Bəli, “bu aləmdə təsadüf yoxdur, hər nə olsa təvafüqlükdəndir” – ərəblərin bu sözü özünü doğruldur. Bəlu, tarixi Zəfərimiz qardaşlarımızın həyatına böyük təsirlər edib. Bu təsir Zəngəzur dəhlizi işə düşdükdən sonra iqtisadi planda daha güclü şəkildə görünəcəkdir.

dehlizz.jpg (135 KB)

Artıq türk ölkələri arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından önəmli addımlar atılır. İmzalanmış yeni ikitərəfli, çoxtərəfli sənədlər SSRİ-dən çıxmış türk dövlətlərinin müstəqilliyini gücləndirir. Vurğuladığımız məqamlar hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini də əhatə edir.

İnanırıq ki, Azərbaycanın tarixi Zəfəri ilə yaranmış yeni gerçəkliklər fonunda Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yeni səfəri, bu səfərin sonucları yeni geosiyasi, geoiqtisadi münasibətlərə önəmli töhfə olacaq.

goruss.jpg (124 KB)

Azərbaycanla Türkiyənin apardığı siyasət bölgədə sabitliyin, ədalətli sülhün qərarlaşması, birgəyaşayışa, mehriban qonşuluğa, əmin-amanlığa xidmət edir.

Hazırda Qarabağda aparılan sürətli və keyfiyyətli yenidənqurma, təmir-bərpa işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, öz sadiq qardaşı Azərbaycanla həmrəyliyini nümayiş etdirir.

Ayrıca, Qarabağ torpaqlarına insanlığın, mədəniyyətin, həyatın, parlaq gələcəyin qayıtması adına, Füzulidə Özbəkistan 960 şagird yerlik məktəb, Qazaxıstan isə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi tikir.
Hər şey çox daha yaxşı olacaq.

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024