Onlayn ictimai-siyasi qəzet
“Əzabkeş” və mazoxist xalq yenə “tumanını” başına atıb. Həmişəki kimi, öz saysız cinayətlərini görməzdən gələrək, neçə gündür təzədən köhnə “soyqırım” havasına girib, şivən qoparır. Öz halal haqqını tələb edən Azərbaycanı Qərbin hədəfinə gətirməyə çalışır, sırtıqcasına dünyanı “sivil və demokrat” erməniləri “vəhşi” azərbaycanlıların cəngindən xilas eləməyə çağırır.
Ağlağan uşaq dayəni bezdirdiyi kimi, erməni də əminik ki, artıq öz Qərbdəki havadarlarını, hətta “böyük bacı” Fransanı da bezdirib. Hər halda, Laçın yolundakı aksiya ilə bağlı səslənən şablon reaksiyalardan belə qənaət hasil olur...
Bunlara bir deyən yoxdur ki, ay əbləhlər, nə qədər meymunluq eləmək, özünü süddən çıxmış ağ qaşıq saymaq olar, ucuz şoular düzəltmək, tamaşalar göstərmək olar, yorulmadınız? Nə vaxt düzələcəksiz, adam olacaqsınız, adam dilini anlayacaqsınız? Kimdir axı sizi soyqırımına məruz qoyan, özünüz necə-neçə soyqrımın müəllifi ola-ola, Azərbaycan torpağında etnik təmizləmə apara-apara!!
Amma kimə deyirsən, erməni erməni olmazdı ki, vaxtaşırı öz murdar xislətini, saxtakar mahiyyətini dünyaya göstərib ürək bulandırmasaydı. Bu da növbəti fakt. Özünü utanmazcasına hüquq bilicisi və müdafiəçisi sayan Artur Sakunts Laçın yolunun bağlanmasından danışarkən görün nə sarsaqlayır:
“Biz dəfələrlə demişik ki, Ermənistan və Qarabağ məsələləri beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Guya atəşkəs yaradan 10 noyabr üçtərəfli bəyanatı zorla, təzyiq altında qəbul edildiyi üçün əslində heç bir məna kəsb etmir. Çünki zorla sırınan sənədin hüquqi məzmunu ola bilməz. Ötən 2 il göstərdi ki, bu sənəd təkcə Artsaxın deyil, Ermənistanın da təhlükəsizliyinə zəmanət vermir. Yeganə variant beynəlxalq strukturların cəlb edilməsidir”.
Məntiqə bax. İndi belə çıxır, 1945-ci ilin mayında faşist Almaniyasının imzaladığı kapitulyasiya aktının da heç bir hüquqi qüvvəsi yoxdur, ona görə ki, SSRİ başda olmaqla koalisiya dövlətləri ona sənədi zorla imzalatdırıb?
Erməni fantaziyası doğrudan da sərhəd tanımır. Bu cəfəngiyatı ancaq onlar uydura bilərdi.
Özünə müdrik görkəm verən bu erməni taxtabaşa hələ də çatmayıb ki, 10 noyabr üçtərəfli bəyanat işğalçı Ermənistan üçün məhz faşist Almaniyasının imzaladığı kapitulyasiya aktı anlamındadır, daha “artsax” və ya Ermənistanın varlığına zəmanət verən sənəd mənasında yox!
İştaha bax, “Qarabağ məsələsi beynəlxalq səviyyədə müzakirə edilməlidir”. Hansı əsasla? Azərbaycanı suveren ərazisi onun razılığı və iştirakı olmadan beynəlxalq formatlarda necə müzakirəyə çıxarıla bilər? Belə bir razılıq yoxdursa, demək ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bəri başdan şübhə altına alınacaq.
Ermənilərin əsas hədəfi də əslində budur – dünya ictimaiyyətdə Azərbaycanın ərazi bütövlüyü anlayışının “Dağlıq Qarabağ”a, “artsax”a dəxli olmadığı rəyini daşlaşdırmaq. Bundan ötrü zaman-zaman başqa hiyləgərliyə də əl atırlar. Sakuntsun dilində o belədir: “Bizim məqsədlərimizdən biri Qarabağa beynəlxalq sülhməramlıların cəlb edilməsi olmalıdır - yeganə effektiv üsul kimi”.
Amma buna da yenə Azərbaycan dövləti razılıq verməlidir. O isə olmayacaq! Odur ki, hara hərləsələr, Qarabağdakı ermənilər də, Ermənistandakı haylar da Azərbaycanla dil tapmaq, anlaşmaq zorundadırlar. Formulu çoxdan məlum: qılınclarını boyunlarından asıb bizdən əfv diləmək – ilk addım kimi. Onda işıqları da olacaq, qazları da. Hətta xaricə gediş-gəliş üçün yolları da...
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ