Onlayn ictimai-siyasi qəzet
Səfər Əbiyev müdafiə naziri olanda xalqımızı narahat edən məsələlərdən biri qeyri-döyüş itkilərimizin çoxluğu idi. Azərbaycan ordusu, pis çıxmasın, durduğu yerdə qırılırdı. Xalq etiraz aksiyaları başladı, şəhərin mərkəzində mitinqlər oldu, deyəsən hökumət özü də Əbiyevdən nəhayət bezdi və onu qovdular. Bir müddət orduda nizam-intizam yarandı. Nəticəsini də gördük. Heç kim inana bilməz ki, biz Əbiyevin rəhbərliyi altında hansısa təpəciyi belə ala bilərdik. İnam çox sarsılmışdı.
Son günlər isə yenə qeyri-döyüş itkilərimiz var. Gah bir əsgər başqasını vurur. Gah qaya uçur, iki əsgəri itiririk. Bu itkilərin intensivləşməsi xəbərdarlıqdır. Baş prokurorluq zəhmət çəksin, bu xəbərdarlığı görsün, ta ordudan yazan jurnalistləri çağırıb xəbərdarlıq etməsin. Ancaq prokurorluğun hərbi qanadı Tərtər hadisələrinə görə ictimai rəydə elə zədə alıb ki, imicini bərpa etmək üçün çox böyük işlər görməlidir. Məsələn, elə Əbiyevin zamanındakı generalları çağırıb istintaq etmək olardı. Xalq hələ də bəzi şəxslər üzrə belə istintaqı iki ildən çoxdur gözləməkdədir. Biz gözləyirik, onlar isə Dubayda çimir.
Yüksək dağlıq ərazidə xidməti itkilər üçün şərt adlandıranlar yanılırlar. İstənilən iqlim və relyef şərtlərində lazımsız itkiləri önləmək olar. Məsələn, çovğunda, qar, daş uçqunu gözlənilərkən əsgəri hər hansı səfərə göndərmirsən. Bunun üçün postlarda uyğun silah, ərzaq, yanacaq ehtiyatı əvvəlcədən görülür. İkincisi, dağ piyada qoşunlarının hazırlığı həmişə başqa piyada birliklərinin hazırlığından fərqlənməlidir. Onlara alpinizm bacarıqlarından tutmuş, donvurma, duman, uçqun və sairə hallarda nə etməyə qədər öyrədilir. Mən bilirəm ki, Türkiyə ordusunun bu yöndə böyük təcrübəsi var və bizim zabitlərimiz də orda uyğun kurslar keçiblər. Yəni, öyrədəcək adamlar var. İstifadə etmək lazımdır.
Ümumiyyətlə, orduda nizam-intizam işinə ciddi yanaşmaq lazımdır. Elə adını çəkdiyimiz Türkiyə ordusunda çox məşhur şüar var: “Əsgəri əfv etdin – məhv etdin”. Bunun mənası odur ki, qaydaları, nizamnaməni pozan əsgər mütləq cəzalanmalıdır. Kimliyindən asılı olmayaraq. Cəzalanmasa, sabah ölə bilər. Bizdə də sanki qələbə eyforiyasına bürünərək bəzilərində müəyyən rahatlıq, boşluq yaranmışdır. Yenə qeyd edirəm, orduda qanunlara nəzarət hərbi prokurorluğun vəzifəsidir. Və təəssüf ki, neçə vaxtdır biz bu idarənin adını çəkəndə dərhal “bəs Tərtər” sualı beynimizdə qurd kimi baş qaldırır.
Qeyri-döyüş itkiləri olmasın deyə orduya ictimai nəzarət də lazımdır. Ordu yönümlü qeyri-hökumət təşkilatlarının fəaliyyət səviyyəsi ya zəlzələdən, ya vəlvələdən, hazırda sıfıra yaxındır. Hamımız elə ordan-burdan, halal-haram yollarla pul qazanmağa girişmişik, ictimai vəzifələrimizi unutmuşuq. Hələ Milli Məclisdə deyəsən belə bir komitə də vardı, üzvləri kimdir, nə iş görürlər, heç kəsə məlum deyil.
Jurnalistikaya “nöqsanları göstərməyək, o zaman vətənpərvər oluruq” kimi yanaşmalar da var, fikrimcə, bu da bir yanlış düşüncədir. Deyirlər düşmən görür, nöqsanı öncə əlaqədar dövlət qurumlarına çatdırmalıyıq və sairə. Birincisi, biz onsuz da ordunun nəzarətində olan ərazilərə girmək imkanında deyilik, bizim jurnalist olaraq qarşımıza çıxanlar əsasən nəticələrdir. Səbəbləri biz bilmirik. Nəticə isə yaxşı olanda da, pis olanda da bunu düşmən də görür, dost da, jurnalist də. Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. Bizim işimiz dövlət qurumlarına agentura olmaq yox, xalqa o qurumlardan informasiya çatdırmaqdır. Ya da jurnalistika təzə funksiya əldə edib, mənim xəbərim yoxdur. Bu mənə bir az da əsgərlikdə “Xüsusi idarə”nin (o vaxtlar belə qurum vardı) polkovniki ilə görüşümü xatırlatdı. O, təklif edirdi ki, hərbi hissədə üzləşdiyim, gördüyüm çətinlikləri, qüsurları ona çatdırım. Elə zənn edirdi eks-jurnalist olduğum üçün briqada komandirini ona “satacağam”. Böyük məmnuniyyətlə onun “xeyirxahlığını” rədd eləmişdim.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ