İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəgörünməzin xalqı

 

Ermənistanda bugünlərdə hərbi hissədə yanğın oldu, çoxlu əsgər öldü. Deyəsən bunu benzin və şamla yanlış istifadə ilə izah etdilər. Ancaq niyə erməni dostlarımız bu cür səhv yol tutmuşlar? Hadisəni Azərbaycanın üstünə atmaq olmazdımı? Ən düzgün yol bu idi. Özü də hər hansı sübuta-zada heç ehtiyac yoxdur. Onsuz hazırda Ermənistanda hansısa Vartan gilas ağacından yıxılıb dümbülünü sındırsın – bütün dünya dəqiq əmin olacaqdır ki, bunu azərbaycanlılar eləmişdir.

35 ildir belədir. Ondan da qabaq 135 il elə olmuşdur. Dünya ictimaiyyəti həmişə nədənsə (mən təxminən bilirəm nədən, ancaq burda yazmıram, çünki bədniyət azərbaycanlı olduğumu isbat etməliyəm)  azərbaycanlıları suçlu bilibdir. Öləndə suçlu olmuşuq, öldürəndə də. Torpaqlarımızın işğalı haqda qətnamələr qəbul ediblər, 30 il o qətnamələri tualet kağızı yerinə sayan olmayıb, biz durub qətnaməni yerinə yetirəndə isə narazı qalıblar.

33-cü ildönümünü qeyd etdiyimiz qanlı “20 yanvar” hadisələri də bu düşmən münasibətin bir nümayişidir. SSRİ can verdiyi ərəfələrdə çox xalqların qanını axıdıb. Burda 1986-cı ilin Qazaxıstan, 1989-cu ilin Gürcüstan, 1991-ci ilin Litva terrorunu saymaq olar. Və bu sırada ən çox dinc vətəndaşın qətlə yetirildiyi hadisələr 1990-cı ilin 20 yanvar hadisələridir. Təbii, ölüləri saymaq sinizmdir, düzgün deyil, sadəcə, terrorun miqyasını qiymətləndirmək üçün lazımdır. Sovet rejimi Qazaxıstanda 2, Gürcüstanda 21, Litvada 15, Bakıda isə 130-dan çox dinc sakini qətlə yetirmişdi. Lakin qəribədir ki, bizim ölməyimizi adətən saymırlar. Üstündən vızıldayıb keçirlər. Elə təxminən o dövrlərdə çəkilən bir filmimizdə deyilən kimi: “Əhməd bəyəm adam deyil?”.

Lap hesab edək biz özümüz özümüzü adam yerinə qoymuruq, burda insan haqları tapdanır, ona görə haqq səsimizi beynəlxalq efirlərə çıxarmaq çətindir. Arqument deyil. Heç kəsi öldürmək, heç kəsin insan hüquqlarını tapdamaq olmaz. 20-ci əsrin ortalarından bəri insan haqlarının hər hansı dövlətin daxili işi olmadığı qəbul edilibsə, eyni məntiqlə insan haqları dövlətlərin xarici işi də ola bilməz. Harda günahsız insan öldürülürsə, o, bizdəndir. Bizimkidir. Burda ikinci hal, mövqe yoxdur.

Məktəbli Larisanı öldürmək əmri verən Qorbaçova dünya elə həmin il Nobel sülh ödülünü verdi. Sözgəlişi, bu cəllad Qorbaçov Putinin Ukrayna siyasətini də dəstəkləyirdi, Krımın işğalını dördəlli alqışlamışdı. Lakin əcaibdir ki, keçən il Qorbaçov öləndə Qərbdə çoxları ağlaşma qurmuşdu.

1990-cı ildə Qorbaçov Bakıya qoşun yeridəndə ABŞ prezidenti Corc Buş bunu “qayda-qanun yaradır” adıyla dəstəkləmişdi. Hələ Qorbaçov cəhənnəmə, təsəvvür edirsinizmi həmin vaxt doğma-əziz Türkiyəmizin xarici işlər naziri olan Məsud Yılmaz hansı bəyanatı vermişdi? Buyurun: “Biz bu hadisələrə SSRİ-nin daxili işi kimi baxırıq”. Yəni, qarışmırıq, etiraz eləmirik, istəyirsiniz 1300 adamı da öldürün. Özümüzünkü belə deyəndə, özgədən nə umasan? Bakının dağüstü hissəsində hələ çoxlarına qəbir qazmaq olar.

Necə ki, oldu. Sonradan orda dəfn edilən azadlıq qurbanlarımıza Qarabağda, başqa yerlərdə qətlə yetirilən çoxlu adamlar əlavə olundu. Xiyaban böyüdü, bütün yamacı tutdu. Yenə görmədilər. Hər rayonumuzda, kəndimizdə belə xiyabanlar yarandı. Görən varmı?

Ancaq bir təsəlli var ki, görmək qarşılıqlıdır. Necə deyərlər, Allah kora necə baxsa, kor da Allaha elə baxar.    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024