Onlayn ictimai-siyasi qəzet
Ermənilər Eynulla Fətullayevin Zabux kəndi barədə reportajının şokundan çıxa bilmirlər. Hələ də isterika içində bir-birinin üzünə baxır, bir-birinə sual verir, hətta bir-birini ittiham edirlər ki, necə oldu Fətullayevin azərbaycanlı, türk kökənli olduğunu bilmədilər. Ki, heç olmasa, qanını içsinlər.
“Biz bilməmişik ki, o türkdür”. Bunu erməni mediasına Suriyadan basa-basa gəlib Zabuxda kök salan və özünü orada “icma başçısı” elan edən, “Daşnaksütyun”ün fəal üzvü Andranik Çavuşyan özünə bəraət yerinə söyləyib. Bilsəydi, sözsüz ki, bu “ən mədəni xalq”ın ən “parlaq” nümayəndəsi əcdadlarının ruhuna sayğı əlaməti olaraq, Eynullanın ətindən “qara qovurma” bişirtdirərdi.
Hərgah Çavuşyanın özü indi dabanına tüpürüb kənddən qaçmaq zorunda qalıb. Bu sətirlər yazılanda bəlkə də Zabuxda 30 ildir oranı murdarlayan bircə “çağırılmamış qonaq”, daşnak ünsürü, “Qafqaz qaraçısı” da artıq qalmayacaq...
Bu mənada jurnalist “köynəkdə doğulmuş” hesab edilə bilər. Halbuki E.Fətullayev, sadəcə, Azərbaycanın bir ərazisindən digər ərazisinə - Bakıdan Zabux kəndinə getmişdi. Hələ ki işğal altında olan yaşayış məntəqəmizə.
Erməniləri isə həm də ona görə od götürüb ki, jurnalist Rusiya sülhməramlılarının razılığı və dəstəyi ilə, lakin “artsax rejimi”nin “rəsmi icazəsi” olmadan kənddə peyda olub.
Ay səni, İvan. Məgər bilmirsən ki, Qarabağda “ikinci erməni dövləti” var, onun “prezident”i, “parlament”i, “təhlükəsizlik şurası” və hətta bu “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan var?
Yeri gəlmişkən, həmin bu Balasanyan - Xocalı hərbi canisi klassik erməni sırtıqlığı ilə sülhməramlı kontingentin komandanlığına müraciət ünvanlayaraq tələb edib ki, bundan sonra “Rusiya sülhməramlılarının yerləşdiyi respublika ərazisində (?! – red.) “təhlükəsizlik şurası”nın və “artsax respublikası”nın sülhməramlı kontingentinin (?! – red.) razılığı olmadan Azərbaycan və digər ölkələrin KİV nümayəndələrinin girişi qadağan edilsin”.
Özünü saxlaya bilmirsən. Əvvəla, sən haranın itisən ki, Azərbaycanın bir media nümayəndəsi Azərbaycanın qanuni ərazisindən (!!) reportaj hazırlamaq üçün səndən icazə ala, “propusk” istəyə və bununla da işğalı, mifik “artsax”ı tanıya?! Necə ki, heç bir icazə alınmadı və yenə uzunqulaq yerinə qoyuldunuz.
İşə bax. Sanki 10 noyabr 2020-ci ilədək Azərbaycan Ordusundan gizlənmək üçün siçan deşiyi axtaranlar, dovşan kimi qaçanlar bunlar, balasanyanlar deyilmiş! Nə oldu, rus gələn kimi yenidən əjdahaya döndünüz? O dövr yenə qayıda bilər!
İkinci yandan, bir azdan sizin özünüz Qarabağda az qala, ayaq yoluna getmək üçün də Azərbaycandan icazə xahiş edəcəksiniz. Hətta yalvaracaqsınız. Bir şey qalmayıb. Zira, çox güvəndiyiniz, arxasında gizlənib şirə döndüyünüz Rusiya hərbçiləri Qarabağda maksimum daha 3 il qalacaq. Ondan sonra “do svidaniya!”
Ondan sonra halınıza baxacağıq. Hərgah, çox qudursanız, əl-qol atsanız, işinizi lap tez - 2025-dək də bitirə bilərik. Rusa-zada baxmadan.
Odur ki, bir azca vaxt varkən, eşələnin orda, “evcik-evcik”, “dövlətcik” oyunu ilə təsəlli verin özünüzə. Narahat olun, qorxun. Fəqət, qorxunun əcələ faydası olmayacaq...
Zahid SƏFƏROĞLU
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ