İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərlərimizə “limonka” atan Mirzoyan, Qarabağda İran dronları

Separatçı-kriminal ünsürlərin miskin qalıqları Qarabağda yenə boy göstərməyə başlayıblar. “Kənd təsərrüfatı” işləri adı altında ərazimizdə traktorlar vasitəsilə səngər qazıb təzə “cəbhə xətti” çəkməyə cəhd göstərir, hərbçilərimizi intensiv atəşə tuturlar. Dünən Füzuli istiqamətində də fəalllaşıblar – Qarabağın “giriş qapısı” – Füzuli Hava Limanı tərəfdə.

Az öncə Laçın yolu ilə Qarabağa xeyli miqdarda silah-sursat keçirilməsi haqda məlumat yayılmışdı. Aydındır ki, Rusiya “sülhməramlıları”nın bilavasitə razılığı ilə reallaşan belə qanunsuz silah tədarükü hansısa formada özünü mütləq göstərəcəkdi. Artıq göstərir də. Bir azdan anklavda İrandan, Hindistandan alınan dronlar peyda olsa, əsla təəccüblənmərik. Xüsusən də indi - Rusiya və İranın Ukraynaya görə “çaşka-lojka” olduğu vaxtda...

Yeri gəlmişkən, Azərbaycanın rəsmi səviyyədə etiraz bildirdiyi bu özbaşınalığa Rusiya tərəfi hələ də heç bir reaksiya bildirməyib. Qarabağdakı “general-qubernator” Volkovun heç “tükü” də tərpənməyib. Susmaq isə təsdiqi anlama gəlir. Əksinə, bu günlərdə Rusiya Müdafiə Nazirliyi həyasızcasına Azərbaycanı “atəşkəsi pozmaqda” (oxu: səngər qazan erməni traktorçusuna atəş açmaqda!) ittiham eləmişdi.

Odur ki, işimizi bilməliyik. “Ölünü özbaşına qoysan, kəfəni yırtar”. Separatçıların növbəti “iynəsi”nin vaxtı çatıb. Ta ki, dabanlarına tüpürüb Qarabağdan qaçana və ya təslim olanadək. Əlbəttə, bu proses xeyli sürətli gedərdi əgər “ilana zəhər verən kərtənkələlər” – Rusiya, Fransa və digərləri (İran) olmasaydı...

Qəribədir, deyilmi? Hazırda bir-birinə qənim kəsilsələr də, Rusiya və Fransanı yenə bir erməni sevgisi, erməni terroruna ortaq rəğbət birləşdirir. Qarabağ anklavında ilişib qalmış bir ovuc separatçı ünsür uğrunda sanki yarışa girib bu iki dövlət.

Biri – Fransanın Senatı Azərbaycana qarşı sanksiyalar haqda, “artsaxı” tanımağın zəruriliyi haqda qətnamə qəbul edir, ikincisi – Rusiya isə separatçıları 10 noyabr kapitulyasiya akının 4-cü bəndinə əsasən çoxdan tərk-silah eləmək əvəzinə, onların silahlanmasına, toparlanıb üstünüzə gəlməsinə şərait yaradır. Sülh müqaviləsinə “gələcək nəsillərə saxlamaq” bəhanəsi ilə “status” bəndi soxuşdurub ərazimizdəki Rusiya kontingentinin ömrünü qeyri-müəyyən müddətədək uzatmaq istəyir. Üstəlik, Ruben Vardanyan ad-soyadlı tulasını Qarabağa göndərir ki, ərazini Azərbaycanın yurisdiksiyasından daha da uzaqlaşdırsın və özünün çirkin planlarını və layihələrini rahat həyata keçirsin. Qondarma “Rus icması” kimi. Guya bütün bu hiylələri anlamaqdan ötrü bizim beynimizdəki qırışlar yetərli sayda deyil. Çörəyi də qulağımıza yeyirik.

Söz vaxtına çəkər, düz bir il öncə - 2021-ci ilin 13 noyabrında Şuşa yaxınlığındakı postumuza Norayr Mirzəyan ad-soyadlı ikiayaqlı məxluq qumbara atmış, 3 əsgərimizi yaralamışdı. Bəs Mirzoyanın aqibəti necə oldu? Heç nə. Rus hərbçiləri terrorçunu dərhal saxladı (video da var!), amma Azərbaycana yox, oyuncaq rejimə təhvil verdilər. Halbuki cinayət Azərbaycan ərazisində, əsgərlərimizə qarşı törədilmişdi, bandit Mirzəyanı da Azərbaycan məhkəməsi mühakimə eləməli idi!

Erməni tərəfi də təbii ki, rusa arxayın olaraq, terrorçunu öz milli adət-ənənəsinə uyğun surətdə o saat qəhrəman elan elədi, onu hətta mükafatlandırdı. Gələn həftə Rusiyanı “terrorizmin sponsoru” elan eləməyə hazırlaşan Avropa Birliyinə bu yerdə indi necə haqq qazandırmayasan? Bizə belə üzdəniraq, terroru himayə edən “sülhməramlılar” lazımmı?

Demək, 2025-cilin 10 noyabrından sonra Rusiya kontingentinin Qarabağda bir saat belə artıq qalmasına, ləngiməsinə icazə vermək olmaz! Qoy gəldikləri yolla evlərinə dönsünlər. Görüm ondan sonra, “divar qurtaranda” ərazimizdəki separatçı-kriminal tör-töküntüləri nə qələt edəcəklər. Hərçənd, 2025-ə kimi də onların işini bitirə bilərik.

Yəqin ki, belə də olacaq. Qarabağda artan atəş səsləri, hərbi təxribatlar bizə ayrı yol saxlamır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024