İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Azərbaycandakı "5-ci kolon"unu tanıyın!

Bakıda milli hisslərimizə növbəti həqarət faktı qeydə alınıb. Paytaxtın müxtəlif universitetlərində fəlsəfə fənni üzrə dərs deyən bir müəllim sən demə, futbol məşğələsi zamanı meydana İtaliyanın “Roma” klubunun erməni əsilli futbolçusu Mxitaryanın adı yazılmış futbolka ilə çıxıb.

Maraqlıdır ki, Qərb-Kaspi, Azərbaycan, Turizm və Menecment Universiteti kimi təhsil ocaqlarında dərs deyən Ağalar Qəribov ad-soyadlı kəs bu addımını kosmopolit olması ilə əlaqələndirib. Həmin bu “filosof” erməniləri düşmən saymadığını, daha bir erməni futbolçu - “Krasnodar”da oynayan Spertsyanın da futbol köynəyini qoruduğunu bildirib. Dediyinə görə, köynəkləri ona Rusiyada hədiyyə ediblər...

Şoka düşürsən. Necə olur ilin-günün bu vaxtında cəmiyyətimiz içindən belə “ballast”lar çıxır, hələ üstəlik, millətə “fəlsəfə” dərsi keçir, “moral” öyrədirlər? Axı Qəribov Ağaların formasını geyindiyi erməni futbolçu Mxitaryan ərazi bütövlüyümüzü vecinə almayan, Qarabağdakı azğın və quldur separatçılara daim açıq dəstək verən və vaxtilə özünə Şuşada villa tikdirən bir zat. Təxminən oliqarx-dələduz Ruben Vardanyan kimi yaramazın, daşnakın biri, eyni bezin qırağı! Ona rəğbət bəsləyən özünə necə “azərbaycanlı”, “Türk” deyir? Bu nə bayağı “Qardaş olub Hayastan-Azərbaycan” nəğməsi?..

İki ölkə arasında hələ heç sülh müqaviləsi imzalanmamış, barışıq olmamış bu naqis yolu tərcih edənlər şübhəsiz, Ermənistanın burdakı potensial “5-ci kolon”çularıdır. Ən təhlükəsi odur ki, belələrini erməni xüsusi xidmət orqanları və terror hörgütləri asanca öz toruna sala, Azərbaycan əleyhinə əməllərə, casusluğa sövq edə bilərlər. Və bilirlər də.

Bir həftə qabaq Azərbaycan DSX-sinin “Dövlətə xəyanət” və “Terroçuluğa hazırlıq” maddələri ilə həbs etdiyi iki nəfərin – Rəşad Əhmədov və Rövşən Əmirovun taleyini yada salmaq yetər. Ondan qabaq erməni terrorçu təşkilatın hiyləsinə uyub maddi maraq qarşılığında Bakıdan, Şəhidlər Xiyabanından şəkillər paylaşmış üç qadın saxlanmışdı...

Məsələ də ondadır ki, Ermənistanda, ümumən hay toplumunda Türkə qarşı aşırı nifrət qaldıqca, Azərbaycan və Türkiyəyə ərazi iddiası davam etdikcə, Qarabağda rus “sülhməramlıların” arxasında gizlənən separatçı ünsürlər günü bu gün də Azərbaycana meydan oxuduqca, Xocalı soyqırımına, digər bəşəri cinayətlərə imza atmış bir xalq buna görə heç bir utanc hissi keçirib üzrxahlıq eləməyincə bu murdar toplumun heç bir nümayəndəsi özünə qarşı rəğbəti haqq edə bilməz. Bu - kosmopolitlikdən də betər, antiinsani bir şey!

Əslində bu davranış mənsub olduğun milləti, onun şəhidlərini, Xocalı qurbanlarını aşağılamaq, Azərbaycanın çörəyinə, suyuna, havasına nankorluqdur. Yenə bizə qarşı loyallığı ilə tanınan hansısa bir erməniyə simpatiya bəslənsəydi, dərd yarı idi. Yazardıq bunu “xalq diplomatiyası”nın ayağına. Əfsus, vəziyyət qat-qat ciddidir...

Ümid edək ki, düşmənimizdən başqa heç kimə yararlı olmayan, içimizdə rahatca gəzib-dolaşsan bu “filosof” və qeyri-filosoflar zümrəsi günün birində onları DSX-nin “müştərisi” edəcək daha təhlükəli işlərlə qol qoymayacaqlar.

“Vətəni sevmək imandandır” buyurub İslam peyğəmbəri (s). Vətəni sevə bilmirsənsə, heç olmasa, ona pisliyin dəyməsin. Özünə ayrı vətən tap və ya sevdiklərinin vətəninə get!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024