Onlayn ictimai-siyasi qəzet
Erməni xalqının faktiki qəsdinə durmuş radikal revanşist ünsürlər, daşnak tör-töküntüləri Nikol Paşinyana qarşı son həmləyə hazırlaşır. Gözlənildiyi kimi, Praqa bəyanatını da onlar dərhal Nikolun “neqativinə” yazıblar. Dəliyə, itə dönüblər.
Neçə gündür qarğa-quzğun kimi düşüblər Paşikin üstünə. Özlərinin bütün informasiya resursları ilə, öz aləmlərində “qızıl xırdalayan” media camiyələri, “müdrik” ekspertləri ilə. Paşinyan daha bir xəyanətdə, “kapitulyasiya sənədi -2”-ni imzalamaqda ittiham olunur. Halbuki sənəddə yalnızca Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü BMT Nizamnaməsi əsasında, MDB-yə girərkən imzaladıqları saziş əsasında tanımasından söhbət gedir.
Faciəmi qopub? Yoxsa radikallar BMT-nin, onun Nizamnaməsinin də əleyhinədir? BMT-ni də tanımırlar? Sərhədlərin zorla dəyişdirilməsininmi tərəfdarıdırlar? Elə isə biz hazır. Bu meydan, bu da şeytan. Hələ ki, sülh müqaviləsi imzalanmayıb. Demək, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır.
Nikolun qanını içməyə hazır (qarşıdakı 1-2 ayda terror aktı, sui-qəsd da istisna deyil!) revanşist avantüristlərin, onların havadarlarının yaddaşını bu yerdə təzələmək pis olmaz: Azərbaycan Konstitusiyasına əsəsən, indiki Azərbaycan Respublikası Sovet İttifaqı tərkibindəki 86.6 min kv km-lik Azərbaycan SSR-in yox, 114 min kv km-lik Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisidir və nida işarəsi!
Çatdımı? Hələ ağıllanmaq istəməzmisiniz? 30 illik acı təcrübə dərs olmadı, “Dəmir yumruq” sizi ayıltmadımı? Axı yenə çox istəməyə davam edərsiniz, indiki azdan da ola bilərsiniz?..
Qəribədir, Paşinyan və komandası Azərbaycan Ordusunu Ermənistan ərazisinə girməkdə suçlayır, Bakıdan öz “ərazi bütövlüyü”nə hörmət tələb edir, radikal müxalifət isə suverenlik və ərazi bütövlüyü prinsipinin əks olunduğu Praqa sənədinin əleyhinə, yəni faktiki elə Ermənistanın ərazi bütövlüyünün əleyhinə çıxır. Doğrudan da çox unikal tayfadır.
Buna deyərlər, dava axtarmaq, qaşınmayan yeri qaşıyıb təzə yara düzəltmək. Özü də iki ildir erməni xalqının öz “yaralaırnı yaladığı” bir vaxtda...
Məsələ də ondadır ki, bu xalq onu iki əsrdir davamlı fəlakətlərə sürükləyən qüvvələrin, onların hazırkı varislərinin dərsini hamıdan qabaq, özü verməlidir!! Azərbaycanı, bizim “polad qapazlarımızı” gözləməməlidir! Çünki bu “qapazlar”dan onların övladlarına, gənc nəslə də “pay” düşəcək. Ayrı yolları, seçimləri yox!
Yox, bunu etməyəcəksə, erməni xalqının həqiqi düşmənlərini, terrorçu xislətli revanşistləri yerində oturtmayacaqsa, deməli, bütövlükdə erməni milləti Ermənistanın SSRİ tərkibindəki ərazi bütövlüyünə qarşısıdır.
Gözləyirik. Hələ ki, bunun əksini təsdiqləyən əlamət, dəlil-sübut, hərəkət yoxdur, gözə dəymir. Radikallar, qatı anti-türkçülər 44 günlük müharibədən sonra da erməni cəmiyyətində özünü çox rahat, cəzasız, arxayın, balıq özünü suda hiss edən təki hiss edir. Çünki öz varlığı üçün “mənəvi qida” aldığı zəmin, təbəqə, areal kiçilsə də, yerində qalır. Haçana qədər?..
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ