İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük adamların balaca yeyintiləri

“Ziyalısından hesabat istəyən xalq ölümə məhkumdur”

(Yuli Sezar)

Sevindirici haldır ki, artıq ölkəmizdə 200 min manatı “semiçka pulu” hesab edən zümrə əmələ gəlmişdir. Bunlar hamısı iqtisadi inkişafımızın əlamətidir. Bir də gördün rəsmi milyonçularımız ortaya çıxdı. Qarabağ qaziləri “Ferrari” və “Bentli”də ötüşməyə başladılar. Müəllimlər babat maaş alıb ta divar ağartmağa, pərdə, süpürgəyə görə 5 manat ödəməyə qızırqanmadılar, direktorun vatsap səslərini öləsi jurnalistlərin telefonuna atmadılar.

Prinsipcə, qeyri-rəsmi milyonçularımız çoxdan var. Onlardan biri metronun keçmiş müdiri Tağı müəllimdir. Tağı müəllim “Tağı Sadiq” imzasıyla musiqili şeirlər yazır, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairidir. Burda onun məşhur şeirlərindən bir beytin yeri gəlib:

“Gözəl, sinən ”İnşaatçılar"

Gözün “Ulduz”, buxaq “Xalqlar”

Eskalatordan düşəndə,

Bu Tağıya bir nəzər sal". 

Pulu itin-qurdun əlində batmasa, kədərli tale yaşamasa Tağı müəllimin AYB-nin son qurultayında sədrliyə namizədliyini verməyə tam əsası yaranmışdı. Lakin bildiyimiz kimi, onun 3 milyon dollarını MTN Eldarın bandası soyub apardı, 2 milyon manatını isə bir qrup dələduz. İndi təklif edirəm özünüz hesablayasınız: 5 milyon manatla AYB üçün neçə qurultay qayırmaq olardı? Nəticədə ortalığa belə bambılı mövzular çıxmazdı, qəpik-quruşun müzakirəsi getməzdi.

Yeri gəlmişkən (guya mən bunu yalnız indi öyrəndim), Tağı müəllimdən 2 milyonu sələmə, faizlə alıb dalına keçən həmin dələduzların məhkəməsində dünən prokuror çıxış edib, iki nəfərin hərəsinə 9 il yarım həbs istəyib. Deyəsən bu yoldaşlar aradan çıxıblar, qiyabi mühakimə olunurlar. İşdə 1 nəfər də vardı, onu daha əvvəl tutub 9 il veriblər. Lakin bunlar texniki məsələlərdir, papka alınıb, cangüdən tutulub, sarayda kirayə, xarici qonaqlara semiçka...

Sözümün canı odur ki, gəlin xırdaçılıq etməyək. Camaatın 5 milyonu gedib, heç vecinə deyil, bütün günü metroda burcuda-burcuda gəzişir.

Lakin dövlətin hər qəpiyinə görə haqq-hesab istənilməsi də yaxşı haldır. Yəni bu işə birmənalı yanaşa bilmərik, çoxmənalı yanaşmalıyıq. Ta əvvəlki vaxtlar kimi hər icra başçısı 700 nəfərə saxta maaş kartı açıb büdcə pullarını əmə bilmir. Uzağı 650 kart açmağa icazə var.

Yaxud oktyabrın 11-də iki nəfər gənc quldur Balaxanıda “MilliÖn” ödəmə terminalını dibindən qoparıb kamali-ədəblə avtomobilə yükləmiş, aparıb çöldə seyfi sındırıb 5405 manat götürmüşdülər. Cinayətin üstü dərhal, isti izlərlə açıldı. Balaxanıda küçələr gözəl bəzənib, turistik bölgə olub, gənclər işlə təmin olunub, bəs bunlar niyə quldurluq edir? Bizə bu yaraşmır. Üstəlik, 5405 manat heç semiçka qabığının pulu deyil.

Odur, Hesablama Palatası kino çəkənləri yoxlayıb, studiyalardan biri 1900 manat cərimə edilib. Başqa studiyanın dövlət büdcəsindən yeyintisi isə 3 milyon manatdır, lakin palata onlara heç cərimə də yazmağa cürət etməyibdir. Deməli yeyəndə çox yemək lazımdır ki, dilə-dişə düşməyəsən. Oğurluq xırda-mırda olanda camaatın qanı qaralır. Məsələn, bir dəfə mən zdaniyada yaşayanda qapının ağzına sərdiyim palaz parçasını aparmışdılar, qanım it qanına dönmüşdü. Lakin üstündən 1 il keçdi, oğrular qapını sındırıb evdəki hər şeyi apardılar, heç vecimə olmadı. Nəyə görə? Çünki insanlıq önəmlidir. Qəhrəmanlıq yaşamalıdır. Dünya cəsurların dünyasıdır. Torpaq əgər bələdiyyədən çıxarışı varsa vətəndir.

Hələlik bu qədər, gedin semiçka çırtlayın, qabığını yerə tökün. Mümkün qədər hər yeri qabıqlamalıyıq, qoy qurultaya gələn xarici qonaqlar iqtisadiyyatımızın gücünü görsünlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024