Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ermənistan barışığı yönündə ABŞ daha bir diplomatik cəhddə bulundu. Dünən Vaşinqtonda iki ölkə XİN başçıları – Ceyhun Bayramov və Ararat Mirzəyanla Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri - dövlət katibi Entoni Blinken bir araya gəldilər. Bu, Nyu-York təmasından sonra qeyd edilən formatda ikinci görüş idi.
Vaşinqtondakı müzakirələrin təfərrüatı bəlli deyil. Ola bilsin, ümumi sülh prosesinə xələl gəlməməsi naminə detallar hələlik gizli saxlanılır. Çünki ehtimal var idi ki, Amerikada tərəflər sülh müqaviləsinin qaralamasını (layihəsini) müzakirə edəcəklər. Etdilərmi? “Səsi” yəqin az sonra çıxacaq. Xüsusən də Ermənistanın davranışından bunu biləcəyik.
“ABŞ Azərbaycanın və Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.
Bunu E.Blinken ABŞ prezidentinin “Bleyer Haus” qonaq evində keçirilmiş üçtərəfli görüşlə bağlı bəyanatında bildirib.
Normal. Hərçənd 30 illik erməni işğalı dövründə biz Amerikanın yüksək çinli rəsmilərindən analoji qətiyyəti görmədik, eyni prinsipial bəyanatları eşitmədik. Onların dilindən belə sözləri heç maqqaşla da dartıb çıxarmaq mümkün deyildi. Və nə qədər qəribə olsa da, Azərbaycan yalnız öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edəndən sonra “ərazi bütövlüyü, suverenlik” məsələsi ABŞ-ın yadına düşdü. Yəni daha çox Ermənistan kontekstində beynəlxalq hüququn bu prinsipi gündəmə gəlmiş oldu. Sanki kapitulyant ölkənin sərhədlərinə hansısa təhdidlər yaranıb.
Başqa bir təzad odur ki, “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən” ABŞ-ın Bakıdakı səfiri 2 ildə bir dəfə belə Şuşaya getməyib! İndi bunu necə anlayaq? Ərazi bütövlüyümüzü tanıyırsız, ya yox?
Əgər iddia olunduğu kimi, sülh müqaviləsinin “Amerika varaintı”nda gerçəkdən də “Qarabağ”, “status” sözləri yoxdursa, o zaman ABŞ səfirinin azad Şuşaya ayaq basmaması inadkarlığının adı nə? Bəlkə gözləyirsiz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanısın, ondan sonra? Ümumiyyətlə, ABŞ da Bakının məlum 5 prinsipini qəbul edirmi?
Almaniya səfiri Şuşada
Başqa bir təzad: sülh müqaviləsinə statusla bağlı bənd salmağa çalışan, o səbəbə Bakının qəbil eləmədiyi bir layihə ilə çıxış edən Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov belə, azad edilən Şuşada olub, oradan şəkil də paylaşıb. Həmçinin Almaniya səfiri eyni addımı atıb. ABŞ, Fransa səfirləri isə gözləyir. Nədən? Bəlkə “Şeytanın qıçını” Şuşanın qurtuluş günündə sındırasınız?
Rusiya səfiri Şuşada
Sonra. Rusiya çoxdan ATƏT-in Minsk Qrupunun (MQ) adını çəkmir, sonuncu həmsədri İqor Xovayevə yeni vəzifə verib, ABŞ isə ilin-günün bu vaxtında Filip Rikeri MQ-yə qədtəzə həmsədr təyin edir, 28 il erməni işğalını rəsmiləşdirməyə çalışmış “ölü qurum”u canlandırmaq istəyir. Bu reveranslar kimə edilir? Nəyə görədir? MQ-nin amerikalı həmsədrinin Vaşinqtondakı üçtərəfli görüşdə nə işi var idi?
Demək, “torbada” nəsə var. Bax, həmin o “nəsə”yə aydınlıq gəlməyincə, Birləşmiş Ştatların sülh səylərinin səmimiliyi də, “ərazi bütövlüyü və suverenliyi qətiyyətli dəstəkləməsi” haqda bəyanatları da şübhə altında qalmağa davam edəcək.
Müxtəsəri, ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun ki, hamı işini bilsin. Elə Ermənistan və erməni revanşistləri də...
Zahid SƏFƏROĞLU
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
27 Aprel 2024
23 Aprel 2024
18 Aprel 2024
13 Aprel 2024
09 Aprel 2024
05 Aprel 2024
03 Aprel 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ